"Meqa-Siti Holdinq”in rəhbəri hökmdən narazıdır
Bakıda dələduzluqda təqsirli bilinən şirkət rəhbəri Aqil Qədirov barəsində olan hökmdən kassasiya şikayəti verib.
RegionXəbərləricom.az bildirir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə araşdırılacaq şikayət noyabrın 22-nə təyin edilib.
Cinayət işi hakim Nazim Mövsümovun icraatına verilib.
Qeyd: "Meqa-Siti Holdinq” MMC-nin təsisçisi Aqil Qədirov və tanışı Elnur Məmmədov 1 milyon manatlıq dələduzluqda təqsirləndirilirlər. İttihama görə, həmin şəxslər inşa etdikləri yaşayış binasındakı eyni mənzili bir neçə nəfərə satıblar. Cinayət işində 33 zərərçəkmiş var. Onlara qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aqil Qədirov 8 il, Elnur Məmmədov isə 7 il müddətinə azadlıqdan məhrum edilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:18-11-2022, 14:08
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər