reklam
Regionxeberlericom.az » Cəmiyyət » Muxtar Babayev hara baxır? – Cəlilabadda meşə fondunun torpaqlarında evlər tikilir (FOTOFAKT)

reklam

Muxtar Babayev hara baxır? – Cəlilabadda meşə fondunun torpaqlarında evlər tikilir (FOTOFAKT)








 Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin nəzarət etdiyi meşə ərazilərinin ev yeri kimi satılması ilə bağlı məlumat vermişdik. Bildirmişdik ki, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin səlahiyyətli şəxsləri merkantil maraqlarını təmin etmək üçün Masallı rayonunda dövlət meşə fonduna daxil olan əraziləri ayrı-ayrı vətəndaşlara satıb.

AzToday.az-ın araşdırmaları nəticəsində məlum oldu ki, meşə ərazilərinin satılması halları Cəlilabad rayonunda daha kütləvi xarakter alıb. Məsələn, Göytəpə meşəbəyliyinin 13a saylı dolayının 52-ci kvartalının 1-ci bölməsində, Oğrubulaq kəndi ilə həmsərhəd dövlət meşə fondu torpağı ev yeri kimi satılıb. Və hazırda həmin yerdə tikinti işləri gedir.

Oğrubulaq kəndində 10m×12m ölçülərindən tikilən evin koordinatları:
X-278458, Y-4327140.



Kənd sakinlərinin sözlərinə görə, ev yerini 1 saylı Ekologiya və Təbii Sərvətlər Idarəsinin Cəlilabad və Biləsuvar üzrə müfəttişi Talıb Kərimovla Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Nəsimi Nəsibov satıb. Həmin yerin peykdən çəkilmiş fotolarını təqdim edirik:

Digər bir tikili isə 13a saylı dolayın 53-cü kvartalının 5-ci bölməsində Fətullaqışlağı kəndi ilə həmsərhəd dövlət meşə fondunun ərazisindədir. Meşə fondunun torpağı satılıb və orda 13m×10 m ölçülərində ev tikilir.
Ərazini koordinatı:
X-279981, Y-4327384




Göytəpə meşəbəyliyinin 13 saylı dolayınınn 21-ci kvartalının 7-ci bölməsində ev yeri kimi, Vənlik kəndi ilə həmsərhəd dövlət meşə fondu torpağı satılıb və sözügedən ərazidə də ev tikilir.
Ərazinin koordinatı:
X-283160, Y-4329569.






Paylaş:


Müəllif : Tarix:
18-11-2022, 14:13
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər