reklam
Regionxeberlericom.az » Cəmiyyət » Saakaşvilinin xaricdə müalicəyə buraxılması tələbi ilə aksiya keçirilir

reklam

Saakaşvilinin xaricdə müalicəyə buraxılması tələbi ilə aksiya keçirilir


















Yüzlərlə vətəndaş Gürcüstan hökumətinin binası yaxınlığında toplaşaraq hakimiyyətdən həbsdə olan Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin müalicə üçün xaricə aparılmasına icazə verməsini tələb edir.

Sabiq prezidentin tərəfdarları, eləcə də həkimlər hökumət evinin yaxınlığındakı meydana toplaşaraq Saakaşvilinin xaricdə ixtisaslı müalicəyə ehtiyacı olduğunu və səhhətinin ağır olması səbəbindən həyatının təhlükədə olduğunu bildiriblər.

Mitinqdə Saakaşvilinin anası Giuli Alasaniya da iştirak edir. Aksiya sakit şəraitdə keçirilir, heç bir təxribat yoxdur. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Cümə günü “Empatiya” qeyri-hökumət təşkilatı Saakaşvilinin tibbi hesabatının tamamlandığını və tərcümə edilərək xarici ekspertlərə təhvil veriləcəyini bildirib. Onlar ağır diaqnozların qoyulduğunu, lakin sənədin dərc olunmadığını vurğulayıblar.




Paylaş:


Müəllif : Tarix:
20-11-2022, 16:35
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər