reklam
Regionxeberlericom.az » Cəmiyyət » Rasim Məmmədovun 15 il həbsi tələb olundu

reklam

Rasim Məmmədovun 15 il həbsi tələb olundu
















"Baku Steel Company"nin keçmiş rəhbəri Rasim Məmmədovun məhkəməsi yekunlaşmaq üzrədir.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda dövlət ittihamçısı Orxan Səmədov çıxış edib. O, Rasim Məmmədovun 15 il müddətə azadlıqdan məhrum edilməsini istəyib. Bundan başqa dövlət ittihamçısı iş adamına və onun yaxınlarına məxsus üzərinə həbs qoyulmuş 70 milyon manat dəyərindəki əmlakların da müsadirəsini tələb edib. Həmin əmlakların sırasındakı ən bahalı obyektlər R.Məmmədovun həyat yoldaşı Mehriban Məmmədovaya məxsus Badamdar qəsəbəsində yerləşən Bakı Oksford Məktəbi (24 milyon manat) və Sumqayıt şəhəri, "Kimyaçılar" qəsəbəsində yerləşən "No FE ROS" şirkəti və torpaq sahəsi (36 milyon manata yaxın) olub.

Xatırladaq ki, R.Məmmədov 2021-ci ildə DTX-nin keçirdiyi əməliyyatla həbs olunub. O, 185 milyon manatlıq yeyintidə ittiham olunur.




Paylaş:


Müəllif : Tarix:
21-11-2022, 16:17
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər