reklam
Regionxeberlericom.az » Cəmiyyət » Tural Abbaslı partiya liderlərinə MEYDAN OXUDU: - “Heç birinin cəsarəti çatmaz”

reklam

Tural Abbaslı partiya liderlərinə MEYDAN OXUDU: - “Heç birinin cəsarəti çatmaz”


















“Partiyaların bəzisi Ermənistanın təmsil olunduğu beynəlxalq təşkilatların üzvləridir və Ermənistanla bir yerdə otururlar. Bir çox məsələləri Ermənistanla eyni mövqedən çıxış edirlər. Əksəriyyəti Zəngəzur məsələsində Ermənistanla eyni mövqedədir. Bizi tənqid edənlər Avropada oturub, blogerlik edirlər. Təkcə erməni kanallarına müsahibə vermirlər, həm də onlarla dostluq edirlər”.

Bunu Bizim.Media-ya açıqlamasında AĞ partiya başqanı Tural Abbaslı qeyd edib.

Onun sözlərinə görə partiyaların çoxu siyasi səhnədə qala bilməyəcəklərini, artıq bütün limitlərini tükətdiklərini gördükləri üçün prosesin yeni iştirakçılarını ləkələməkdən başqa çıxış yolları qalmayıb:

“Zatən bir qrup qalıblar. Onlar da bəraətedici nəsə deməlidirlər axı... Azərbaycanda bu günə qədər özünə ana müxalifət və ata müxalifət deyənlərin hamsının rəhbər orqanları hələ də “Hələ Xocalı qalıb, amma Zəngəzur davası döyürük” kimi bəsit fikirlər çıxış edirlər.

Hətta bir az da irəli gedib, “Azərbaycan Ermənistan ərazilərinə təcavüz edib, dövlətimiz boş yerə şəhid verib” deyə iyrənc fikirlər səsləndirirlər. Bu, artıq iqtidar-müxalifət məsələsi deyil, vətən və antivətən məsələsidir.

Burada rəqiblikdən yox, xainlikdən, xəyanətdən söhbət gedir. Öz dünyalarına qapılıblar və qız profilləri adı altında tənqidlərini edirlər. Hansısa partiyanın sədr müavini digər partiyanın sədr müavininin addımını analiz edir. Ay qardaş, sənin işin öz partiyana yol göstərməkdir. Qaraguruhcasına, məsələyə yanaşmaq ayıbdır”.

Tural Abbaslı həmin partiyaların liderlərinə səslənərək onları açıq debata çağırıb:

“Ad çəkərəm və onların heç birindən qorxmuram. Sadəcə, ad çəkəndə reklam olunurlar. Düşünürlər ki, onlar barədə danışılırsa, mövcuddurlar.

Sizin vasitənizlə onlara səslənirəm, çəkisi çəkimizə uyğun istənilən adamla debata hazıram. Azərbaycanda ilk siyasi və bilet alveri edən, hələ də adları Almaniyanın hüquq mühafizə orqanlarında insan alverində çəkilən partiyalar deyirəm.

Övladlarını qaçırıb, Amerikada, Londonda oxudurlar, orada yaşadırlar, sonra da gəlib burada 200 manat uşaqpulu dərdi çəkirlər. Kimlər dediklərimi üzərinə götürürsə, gəlsinlər söhbət edək...Elə onların, yəni, Sorosun maliyyələşdirdiyi platformalarında oturub debat edək. Heç birinin cəsarəti çatmaz, çünki onların içini bilirəm. Onsuz da üzü aşağı gedirlər. Niyə ölünü dirildim?”





Paylaş:


Müəllif : Tarix:
23-11-2022, 09:14
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər