Ziya İbrahimli azadlığa buraxıldı
Almaniyadan Azərbaycana deportasiya ediləndən dərhal sonra öncə inzibati qaydada həbs edilən, daha sonra barəsində cinayət işi başlanan Ziya İbrahimli noyabrın 24-də azadlığa çıxıb.
Bu barədə "Meydan TV" məlumat yayb. Bildirilib ki, o, Biləsuvar Rayon Məhkəməsinin qərarıyla həbsdən buraxılıb.
Ziya İbrahimli aliment öhdəlikləriylə bağlı məhkəmə qərarını icra etməməkdə ittiham olunurdu. Bu ittihamla da onun haqqında öncə Biləsuvar Rayon Məhkəməsinin qərarıyla 30 günlük inzibati həbs qərarı çıxarılıb. Ardınca Cinayət Məcəlləsinin 306.1 (Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə) maddəsilə cinayət işi başlanıb.
Ziya İbrahimlinin vəkili Elçin Sadıqov bildirib ki, ittihamda bəhs olunan məhkəmə qərarı üzrə öhdəliklər (toplanmış aliment məbləği) tam icra olunduğuna görə məhkəmə cinayət işinə xitam verib.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Biləsuvar rayonundakı fəallarından olan Ziya İbrahimli 2018-ci ildə prezident seçkisindən sonra ölkəni tərk edərək, Almaniyaya gedib. O, siyasi mühacir kimi, oturum almaq üçün müraciət etsə də, Almaniyanın müvafiq qurumlarından “yox” cavabı alıb. Bir müddət sonra isə onun haqqında deportasiya qərarı çıxarılıb.
Son bir il ərzində Almaniyadan deportasiya edilən ictimai-siyasi fəallardan 6 nəfər həbs edilib. Onların əksəriyyətinə narkotik, birinə isə xəsarət yetirmə ittihamı verilib. Həbs olunanlar əsasən, Azərbaycanda insan haqlarının pozulması, siyasi məhbuslarla bağlı Almaniyada keçirilən etiraz aksiyalarında iştirak edən şəxslərdir.
Onlar ittihamların saxta olduğunu, Almaniyada Azərbaycan hökumətinə qarşı etirazlarda iştiraklarına görə cəzalandırıldıqlarını deyirlər.
Daxili İşlər Nazirliyi isə bu barədə səslənən fikirlərin əsassız olduğunu bəyan edib.
Paylaş:
Müəllif : Fuad
Tarix:24-11-2022, 21:33
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər