Qarabağdakı sülhməramlıların saxta bəyanatı yayıldı
Qarabağdakı Rusiya sülhməramlı kontingentinin (RSK) adından Teleqram kanalında saxta bəyanat yayılıb.
Kanalın qeyri-rəsmi olmasına baxmayaraq, “Sputnik Armenia” da daxil olmaqla bir çox erməni KİV-ləri həmin bəyanatı Azərbaycan MN-nin bölgədəki yaşayış məntəqələrinin adları ilə bağlı bu gün yaydığı məlumata cavab kimi yayımlayıblar.
Məsələ ilə bağlı Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi NEWS.ru-ya açıqlamasında bildirib ki, RSK adından bəyanatın yayıldığı Teleqram kanalının nazirliklə əlaqəsi olduğu barədə məlumatsızdır. O, vurğulayıb ki, bu cür xəbərlərdə Rusiya Müdafiə Nazirliyinin ancaq, rəsmi hesablarından istifadə olunur.
Qeyd edək ki, yayılan saxta bəyanatda Rusiya Silahlı Qüvvələri və Qarabağdakı Rusiya sülhməramlı kontingentinin Rusiya Silahlı Qüvvələri Baş Qərargahının topoqrafik xəritələri ilə müəyyən edilmiş toponimlərdən istifadə etdiyi bildirilir.
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi Rusiya Müdafiə Nazirliyinin bülletenlərində Çardaqlı qəsəbəsinin adının Maqavuz kimi işlədilməsinə etirazını bildirib.
Paylaş:
Müəllif : Fuad
Tarix:25-11-2022, 22:06
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər