reklam
Regionxeberlericom.az » Cəmiyyət » Azərbaycana kiloqramı 27 dollara düyü idxal olunur - Ölkələrin tam siyahısı

reklam

Azərbaycana kiloqramı 27 dollara düyü idxal olunur - Ölkələrin tam siyahısı













Xəbər verdiyimiz kimi, Nazirlər Kabinetinin qərarına əsasən Pakistandan Azərbaycana idxal olunacaq düyü 15%-lik gömrük rüsumundan azad ediləcək.

Hazırda Pakistandan Azərbaycana idxal olunan düyünün payı digər ölkələrlə müqayisədə aşağıdır.

Bu ilin ilk 9 ayında Azərbaycana xaricdən 43 min ton düyü idxal olunub. İdxal olunan düyünün 936 tonu və ya 2,2%-i Pakistanın payına düşüb.

Ən böyük pay sahibi Hindistan olub. Ümumi düyü idxalının 74%-i və ya 31,7 min tonu Hindistandan gətirilib.

Azərbaycana düyü aşağıdakı ölkələrdən idxal olunub:

Ölkə    Ümumi idxal    1 kq-ın dəyəri

Hindistan    31 740,5 min ton    0,92 $

Qazaxıstan    4 874,3 min ton    0,61 $

Rusiya    4 109,2 min ton    0,57 $

Tailand    1 021 min ton    0,75 $

Pakistan    935,5 min ton    0,71 $

Çin    106,1 min ton    0,57 $

Türkiyə    38,8 min ton    1,55 $

Uruqvay    19 min ton    1,1 $

İran    12 min ton    1 $

İtaliya    7,1 min ton    2,5 $

Vyetnam    2,9 min ton    1,1 $

Lüksemburq    2,7 min ton    8,2  $

Rumıniya    2 min ton    0,80 $

Kambociya    0,8 min ton 7    2,56 $

B. Britaniya    0,62 min ton    2,7 $

Peru    0,02 min ton    2,5 $

Koreya    0,01 min ton    3 $

ABŞ    0,01 min ton    27 $

Açıqlanan məlumatlardan da göründüyü kimi, Pakistandan gətirilən düyünün 1 kiloqramının gömrük dəyəri 71 sent (1,2 manat), Hindistandan gətirilən düyünün 1 kiloqramının gömrük dəyəri isə 92 sent (1,56 manat) olub. Pakistan düyüsü ölkəyə Hindistan düyüsündən 30% daha ucuz daxil olub. 15%-lik gömrük rüsumu ləğv olunduqdan sonra aradakı qiymət fərqi daha çox olacaq.

Məlumat üçün qeyd edək ki, Azərbaycanda düyüyə olan illik tələbat 60 min tondan çoxdur və bunun yalnız 17-18%-i yerli istehsal hesabına təmin olunur.

Onu da bildirək ki, Azərbaycana idxal olunan düyünün 80%-dən çoxu 9 şirkətin – "Veysəloğlu" MMC, "Tamashaee Foods" MMC, "QİDA XXI" MMC, "Best-Tarım" MMC, "Babək" firması – (Babek), "Xudafərin-1" MMC, "Elsaan Group MMC", "AL market" MMC  və  "Sun Food" MMC-nin nəzarətindədir.





Paylaş:


Müəllif : Tarix:
28-11-2022, 14:16
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər