reklam
Regionxeberlericom.az » Cəmiyyət » Azərbaycanda moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq - Diqqət!

reklam

Azərbaycanda moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq - Diqqət!

Azərbaycanda moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq.

Regionxeberlericom.az-ın  APA-ya istinadən xəbərinə görə, bu “Yol hərəkəti haqqında” qanununa təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun layihəsinə əsasən, dəyişikliyə əsasən konstruktiv maksimal sürəti 50 km/saatdan artıq olan bütün nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı ilə təmin edilməsi və sürəti 50 km/saatdan çox olan mopedçilərin sürücülük vəsiqəsi alması təklif edilir.

Hazırda moped sürücülərinin sayının minlərlə olduğunu nəzərə alaraq, qanunun 6 ay sonra qüvvəyə minməsi təklif edilir.

Qeyd edək ki, Baş Dövlət Yol Polisi idarəsinin məlumatına əsasən, bu prosesin asan və şəffaf keçirilməsi üçün xüsusi komissiya yaradılıb, mopedçilər üçün sürücülük vəsiqəsi (A1) imtahanlarının məzmunu sadələşdirilib.




Paylaş:


Müəllif : Tarix:
28-11-2022, 15:24
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər