Uşaqlarımızı qatil böyüdən “oğru dünyası”: - Bıçağı uşağın əlinə valideyn verir
Bildiyiniz kimi, bir neçə gün öncə Şağanda idman arenasında gənclər arasında dava olub.
Noyabrın 26-da saat 17 radələrində Bakının Xəzər rayonu Şağan qəsəbəsində yerləşən idman arenasında Yevlax rayon sakini 2006-ci il təvəllüdlü Tural Rüstəmovun ölməsi barədə polisə məlumat daxil olub. Aparılan araşdırmalarla 2002-ci il təvəllüdlü, Sumqayıt şəhər sakini Ruslan Səfixanovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək T.Rüstəmovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə R.Səfixanov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.
Ümumiyyətlə, gənclər arasında bu tip zorakılıq, yaralama, hətta qətl hadisələri son illərdə xeyli artıb. Mütəxəssislər bunu gənclərin kriminal aləmə meyil etməsi ilə əlaqələndirir. Səbəb olaraq isə kriminal aləmin təbliğinə yönəlik davranışlar göstərilir.
Cebhe.info-ya açıqlamasında hüquqşünas Əsabəli Mustafayev bildirib ki, belə halların qarşısının alınması üçün qanunvericilikdə müəyyən dəyişiklik edilməlidir:
“Hadisədə uşağın birinin üzərində bıçaq olub. O şəkildə bıçaq gəzdirmək hansısa məqsəd daşıyır. Məqsədsiz heç kim üzərində bıçaq gəzdirmir. Ya müdafiə niyyəti, ya da kiməsə zərər vermək məqsədilə üzərində bıçaq gəzdirir. Bizim qanunmvericilikdə soyuq silahın gəzdirilməsinə görə məsuliyyət var. Soyuq silah anlayışı genişdir, bura bıçaq da daxildir. Mənə elə gəlir ki, qanunvericiliyə müəyyən dəyişiklik eləmək lazımdır. Çünki doğrudan da son zamanlar qətillərin böyük əksəriyyəti bıçaqla törədilir. Gənclər arasında mədəni dəyərləri də gücləndirmək lazımdır. Həmin gənclər kim olmasından asılı olmayaraq, bu çərçivəni qorumalıdır. Kriminal aləmə meyillilik hallarını azaltmaq üçün maarifləndirmə işləri aparılmalıdır”.
Psixoloq Gülnar Orucova isə deyib ki, uşaqların kriminal aləmə meyilli olması valideynlərin günahıdır:
“Biz elə bilirik ki, ancaq bu yaş dönəmində belə hadisələr vaş verir. Amma cinayət hadisələri təkcə 15-20 yaş dönəmiylə əlaqəli deyil, daha aşağı yaş dönəmi ilə də əlaqəlidir. Biz kiçik yaşlarında övladımızı bir müddət döyərək, qorxudaraq, şiddət göstərərək tərbiyə etməyə çalışırıq. Bir insana 6 yaşına qədər necə davranılırsa, bu, onun şüuraltında qalır və o da gələcəkdə cəmiyyətdə 6 yaşınadək olan dönəmlə çıxış edir. Ümumiyyətlə, uşaqlarımızda hədsiz aqressiya formalaşıb. Bu aqressiyanın kökü uşaq yaşlarında izlənilən cizgi filmləri ilə də əlaqəlidir. Valideynlərin səhvi ondadır ki, həmin cizgi filmlərindəki obrazların tortunu hazırlatdırır, hədiyəsini alır, “oğru” aləminin simvolları olan nələrsə düzəltdirir. Bununla da uşaqlarımıza aqressiyanı, şiddəti özümüz aşılayırıq. Uşaq bir yaş dönəmində həddən artıq davakar olur, enerjisini çıxartmaq üçün hər şeyi vurmaq, dağıtmaq, sındırmaq istəyir.
Biz isə onu rəqsə, musiqiyə göndərmək yerinə, idmana aparırıq. Aqressiv uşaqları idmana yönəldiriksə, orada bu aqressiya daha da böyüyür. Bu da cinayətlərə gətirib çıxarır. Bu qədər idman klubu açılıb. Bəs bunun psixoloqu hanı? Olimpiya mərkəzlərində psixoloqlar da fəaliyyət göstərməlidir. Yeniyetmənin aqressiyasının səbəbini müəyyənləşdirib həll etmiriksə, belə cinayət hadisələri də artır. Bir yeniyetməni idmana yazdırırıqsa, məqsəd idman yolu ilə o aqressiyanı azaltmaq olmamalıdır. İdmana gedən uşaqlara baxıram, yalnız öz fəndləri ilə yaşıdlarını əzmək istəyirlər. Onlara izah etmək lazımdır, döyüş meydan üçündür, küçə üçün deyil.
Uşağımızı idmana qoyuruq ki, özgüvəni yaransın. Amma əksinə, uşağın aqressiyası o yerdə olur ki, sözünün keçmədiyi yerdə aqressiyasını işə salır. Biz aşağı yaşlardan uşağımıza şiddət öyrədirik. Deyirik, o, səni vurdusa, sən də onu vur. Sonra bu cür hallardan cəmiyyət əziyyət çəkir”.
Paylaş:
Müəllif : Yazar
Tarix:30-11-2022, 09:18
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər