Naxçıvan sakini: “Burada DİM-in sədri 5 minə imtahan suallarını satır” - Fotolar
Naxçıvan Muxtar Respublikası (NMR) Dövlət İmtahan Mərkəzində (DİM) qanunsuz kursun yaradıldığı və imtahan suallarının pulla satıldığı iddia olunur.
Bu barədə müraciətində adının çəkilməsini istəməyən Naxçıvan sakini məlumat verib.
O iddia edir ki, Naxçıvanda DİM ciddi qanun pozuntularına yol verir:
“DİM-in sədri İsmayıl Qəribli NMR-nin Baş naziri Səbuhi Məmmədovun qohumudur.
Azərbaycan DİM-in Naxçıvanda bölməsi olsa da, bunlar qanunsuz ikinci orqan yaradıblar və burda kütləvi şəkildə qanunsuzluqlar baş verir. Bir muxtar respublikada iki eyni adlı idarə var. Biri Azərbaycan DİM-in Naxçıvan bölməsi, biri də bizim ayrıca DİM. Azərbaycandakı DİM qaydalarının heç biri burda işləmir. Bakıda alınan sertifikatı belə tanımırlar”.
Vətəndaşın sözlərinə görə, Mərkəzdə qanunsuz kurs təşkil edilib:
““Dövlət orqanı” adlandırdıqları yerin “podval”ında kurs təşkil ediblər. İdarənin içərisində kurs olan ikinci bir dövlət orqanı yoxdur. Deyirlər ki, bu kursa gəlməyəni işə götürmürük. Adam başı 100 manatdan, ən azı 3 ay gəlməlisən. İsmayıl Qəribli 5 min manat almaqla öz güvəndiklərinə və yaxınlarına müsabiqə və müsahibə suallarını satır. Dövlət qulluğu, müəllimlərin işə qəbulu imtahanlarında 5 min manatdan pul alıb sualları satır, ya da şərait yaradır ki, köçürsünlər. Qəbul bazası belə gəlib çıxıb”.
O, həmçinin imtahan sualları cavablarının sızdırılmasının fotolarını da redaksiyamıza təqdim edib:
“Bu formada sualları zirzəmidə verirlər ki, əzbərləsinlər. İmtahan otaqlarından suallar çəkilib atılır, kənardan cavab verirlər.
Necə nəzarət olunur? Fotolar imtahan otağından necə çıxa bilər? Hər ay milyonlarla pul yığılır. İsmayıl Qəribli yığdığı pullar hesabına saysız-hesabsız mülklərə sahibdir. Naxçıvanda Atatürk küçəsi 9 ünvanında, “dəyirmançının binası”nda 200 minlik ev, Bakıda avtoyuma məntəqəsi və s. alıb”.
Səsləndirilən bütün iddialarla bağlı qurumun mövqeyini öyrənmək üçün Naxçıvan DİM-lə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verilmədi.(Yenivaz.com)
Paylaş:
Müəllif : Fuad
Tarix:1-12-2022, 14:43
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər