“İnanmıram ki, Vasif Talıbovun bu problemlərdən xəbəri olmasın” - Deputat
“Əlbəttə, bunlar bizim üçün qəbuledilməz proseslərdir. Ölkənin indiki vəziyyətində Naxçıvanda belə bir problemin ortaya çıxması... Bu olmalı idi. Çünki Naxçıvan faktiki olaraq 20 il idi ki, sərbəst bir dövlət kimi özünü göstərirdi. Azərbaycanın mərkəzi icra hakimiyyəti orqanları ilə o qədər də sıx əlaqələri yox idi”.
Yeniavaz.com xəbər verir ki, bunu deputat Vahid Əhmədov Müsavat TV-nin efirində Naxçıvanda gedən son proseslərə şərh bildirərkən deyib.
“Dövlət Təhlükəsizliyi xidməti yoxlayır, müəyyən faktlar üzə çıxır, bəzilərini işdən kənarlaşdırır və s. Orda böyük maliyyədən söhbət gedir. İstər gömrük xidməti sahəsində olsun, istər dövlət büdcəsi ilə əlaqədar olaraq. Bir ildə dövlət büdcəsindən Naxçıvana 350 milyon manata yaxın dotasiya ayrılır. Əgər Naxçıvan bu cür inkişaf edirsə, bu cür müəssisələr tikilirsə, bəs onun gəlirləri hardadır? Mənimsəmələr kifayət qədərdir. Ümumiyyətlə, Naxçıvanda bütün orqanlar, xüsusilə hüquq-mühafizə orqanları ləğv edilməlidir, mərkəzi icra hakimiyyəti orqanı olaraq Bakıya tabe edilməlidir. Və bütün kadrlar da Bakıdan göndərilməlidir. Yoxsa bu cür sərbəstliyi ora verə bilmərik. Əgər orda dövlət büdcəsindən mənimsəmələr varsa, gömrük xidmətində, idxalda, ixracda belə ciddi problemlər varsa, mən inanmıram ki, Naxççıvanın Ali Məclisinin sədrinin (Vasif Talıbov – red.) bundan xəbəri olmasın”, - deputat qeyd edib.
Paylaş:
Müəllif : Fuad
Tarix:1-12-2022, 16:42
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər