reklam
Regionxeberlericom.az » Cəmiyyət » Həbsdə olan sabiq icra başçısı sahibkarı məhkəməyə verdi

reklam

Həbsdə olan sabiq icra başçısı sahibkarı məhkəməyə verdi













Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq başçısı Məharət Mustafayev vaxtilə birgə ittiham olunduğu sahibkar Razin Qəhrəmanovu məhkəməyə verib.

Razin Qəhrəmanov yalan vəd verərək külli miqdarda pul almaqda ittiham olunur.

Toplanmış materiallar əsasında Razin Qəhrəmanov barəsində Cinayət Məcəlləsinin 178.3.2( külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Sahibkar barəsində ibtidai və məhkəmə istintaqı dövründə həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Razin Qəhrəmanov 3 il əvvəl Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı Məharət Mustafayev və Gəncənin sabiq baş memarı Əli Rüstəmovla birgə cinayət məsuliyyətinə cəlb olunub.

Təqsirləndirilən şəxslər barəsində Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərini aşma), 178.3.2-ci (dələduzluq), 178.2.4, 178.2.2, 178.2.3-cü, 311.3.1-ci (rüşvət alma), 311.3.1, 311.3.2, 312.2-ci (rüşvət vermə), 314-cü (Qanunla müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələri ayırma, yaxud tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə) maddələri ilə cinayət işi başlayıb.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Məharət Mustafayev və Əli Rüstəmov 5 il müddətinə azadlıqdan mərhum edilib, Razin Qəhrəmanova isə 10 min manat cərimə cəzası təyin olunub. Sonradan Gəncə Apellyasiya Məhkəməsi Məharət Mustafayev və Əli Rüstəmovun cəzasını 4 ilə endirib, Razin Qəhrəmanov barəsindəki hökm dəyişdirilməyib.




Paylaş:


Müəllif : Tarix:
1-12-2022, 18:42
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər