reklam
Regionxeberlericom.az » Cəmiyyət » Bir gecəyə Əlisa Nicat üçün 7 min manat toplandı!

reklam

Bir gecəyə Əlisa Nicat üçün 7 min manat toplandı!
















“Qanun” nəşrlər evinin rəhbəri Şahbaz Xuduoğlunun şəraitsiz vəziyyətdə yaşayan yazıçı Əlisa Nicatla bağlı paylaşımından sonra sosial şəbəkə istifadəçiləri yardım kampaniyasına qoşulub.

Artıq 6987 manat toplanılıb.

Bu barədə paylaşım edən Ş. Xuduoğlu bunları yazıb: “Əlisa Nicatla bağlı xırda yazı böyük dönüşə səbəb oldu. Gecəboyu onun kartına pul köçürüldü. Yardım edənlərin bəzi halda qəbzlərini də mənə atırdılar. 1, 10, 20, 50, 100, hətta 200 manat yardım edən də vardı. Səhər ustalar Əlisa bəyin evinə gedib istilik sistemi üçün büdcə çıxardılar. Bir gün sonra, yəni bu gün artıq istilik sistemi quraşdırılır. Oğlu Üzeyir yardımların məbləğini öyrənmək üçün atasının kartını bankomata saldı. Üzeyir gözlərinə inanmadı "vay dədə, bu nədi ədə", - dedi. 6987 manat yazılmışdı. Bu, yalnız bir gecədə toplanan məbləğdir”.

Ş. Xuduoğlu bildirib ki, bir neçə özəl şirkət, həmçinin futbolçu Qara Qarayev köməklik təklif edib: “Bir neçə nəfər aylıq 100, 200 manat məbləğində maaş təklif edib. Yardım təklifləri, yardımların ardı-arası kəsilmir. Əlisa bəylə bu gün danışdım, deyir, kimin əvvəli, kiminin sonu. Gec də olsa, bu günləri gördüyüm üçün xoşbəxtliyimin həddi-hüdudu yoxdur. İnsanlar yardım etmək fürsətindən yararlandıqları üçün məmnun qalıb. Həm yardım, həm də təşəkkür edirlər. Az, ya çox, heç fərq etməz, əsas odur ki, Əlisa Nicat faktoru minlərlə insanı bir araya gətirdi. Bir daha əmin oldum; bu xalq möhtəşəmdir! Biz birlikdə güclüyük!”




Paylaş:


Müəllif : Tarix:
2-12-2022, 16:31
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər