Qızını zorla ərə verən valideynə bu cəza verilməlidir - RƏSMİ
İyulun 31-də Zaqatala rayonunun Əliabad qəsəbəsində 17 yaşlı Gülər İsmayılovanın intihar etdiyi xəbəri yayılıb. Yeniyetmə yaşında canına qəsd edən Gülərin meyiti yaşadığı evin həyətyanı sahəsindəki tövlədən asılı vəziyyətdə tapılıb. Yayılan məlumatlara görə, ailəsi 17 yaşlı G.İsmayılovanısevmədiyi birinə zorla ərə vermək istədiyi üçün o intihar edib.
Faktla bağlı Zaqatala rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.
Zaman-zaman ortaya çıxan bu cür hadisələr erkən yaşda qızların zorla ərə verilməsi probleminin olduğunu bir daha təsdiqləyir.
Bu cür hadisələrin qarşısının alınması üçün hansı tədbirlər görülməlidir?
Valideynləri övladlarına qarşı bu cür zorakılıq törətməkdən necə çəkindirmək olar?
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlər Komitəsinininformasiya və analitik araşdırmalar şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov Lent.az -a bildirdi ki, bu hadisə ilə bağlı Zaqatala rayonu ilə əlaqə yaradılıb və hazırda ailəsi və hüquq-mühafizə orqanları vasitəsilə izahatlar və məlumatlar dəqiqləşdirilir. Onun fikrincə, hadisə ilə bağlı yalnız özünü öldürmə həddinə çatdırma ilə bağlı yox, eyni zamanda 176-1 (qadını, xüsusilə yetkinlik yaşına çatmayanların nikaha daxil olmağa məcbur etmə ilə bağlı) maddəsi ilə cinayət işinin başlaması məqsədəuyğun hesab edilir: “Dövlət Komitəsinin rəyi belədir ki, qadını və kişini nikaha məcbur etməyə görə cinayət işi açılmalıdır. Çox təəssüf ki, bu günə qədər bizim hüquq-mühafizə orqanları Cinayət Məcəlləsinin 176-1 (qadını məcburi nikaha cəlb etməyə görə) maddəsini tətbiq etmirlər. Azərbaycanda məcburi nikahlar, xüsusilə yetkinlik yaşına çatmayanların məcburi nikaha cəlb olunması problemi var və buna qarşı mübarizə gücləndirilməlidir. Mübarizə yalnız Cinayət Məcəlləsinin maddələrinin tətbiqi ilə deyil, eyni zamanda maarifləndirici işlərin aparılması ilə olmalıdır. Valideynlər maarifləndirilməlidir ki, onlar uşaqlarını məcburi nikaha cəlb etməsinlər”.
E.Səfərov bildirib ki, Gürcüstan, Rusiya, Ermənistan, İranla müqayisədə Azərbaycanda məcburi nikaha daxil edilmə faktları qat-qat az olsa da, ancaq belə faktlar var: “İl ərzində 160 min nikah qeydə alınırsa, onlardan 5-6 fakt yetkinlik yaşına çatmayanların nikaha məcbur edilməsi olur. Ümumiyyətlə, qız oğurluğu, məcburi nikah problemləri faiz cəhətdən çoxluq təşkil etməsə də, bu faktlar var və bunlara qarşı tədbirlər görülməlidir. İşlər aparılır, amma daha da gücləndirilməlidir. Xüsusilə ailələrdə olan sterotiplər aradan qaldırılmalıdır. Valideynlər övladlarını nikaha daxil olmaq üçün məcbur etməməlidirlər. Övlad 18 yaşına çatmalı, təhsil almalı, sona kiminlə ailə quracağı ilə bağlı özü qərar verməlidir”.
Paylaş:
Müəllif : Yazar
Tarix:1-08-2019, 12:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:1-08-2019, 12:50
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16