"Eks-rəis Elçibəyin şəklini "bəyəndiyi" üçün Culfa sakinindən 10 min manat alıb"
“Naxçıvandan verilən məlumata görə, Şərif Hüseynəliyevin rəis olduğu dövrdə Culfa Rayon Polis Şöbəsinə gətirilənlər haqlı-haqsız olub-olmamasından asılı olmayaraq, ən azı 10 min manat verməli olublar ki, problemləri həll olunsun”.
Bunu jurnalist Həbib Müntəzir özünün feysbuk səhifəsində yazıb.
Jurnalist iddia edir ki, ona verilən məlumata görə sözügedən rəis pulu olmayan şəxsləri isə kredit götürmələri üçün “Naxçıvan Bank”a göndərirmiş:
“Rəis pulu olmayan vətəndaşlar üçün çarə də fikirləşib. Culfanın “Naxçıvan Bank” filialının müdirinə zəng edərək deyirmiş ki, oraya adam göndərirəm, ona 10-15 min kreditə pul ver. Bankdan pul çıxaran vətəndaşlar pulu götürdüyü kimi rəisə gətirib verib, problemlərini həll ediblər. Sonra da itin zülmün çəkib krediti bağlamağa çalışıblar. Həmin şəxslərin əksəriyyətinin hələ də banklara pul ödədiyi deyilir. Məsələn, eks-rəis keçmiş prezident Əbülfəz Elçibəyin şəklini sosial mediada bəyəndiyi üçün Culfanın Əlincə kəndindəki Elmar adlı sahibkardan 10 min manat alıb. Rəis vəzifədən azad olunan kimi ondan bu pulun geri alındığı deyilir”.
H. Müntəzir bildirib ki, hazırda sabiq polis rəisi Naxçıvanda şəriki olduğu “Araz Karqo” şirkətində fəaliyyyət göstərir:
“Bakıdan Naxçıvana spirtli içkilər gətirir, topdan və pərakəndə satışla məşğul olur. “Naxçıvan Bank” da bir başa Vasif Talıbovlar ailəsinin şəxsi bankıdır. Bankın Müşahidə Şurasının üzvü - Baharxanım Vasif qızı Talıbovadır, bankın səhmləri də ailə üzvlərinə aiddir. Rəis işləmiş Şərif Hüseynəliyev də Naxçıvanın daxili işlər naziri olmuş, polis general-leytenantı Fazil Ələkbərovun ən yaxın adamlarından biri hesab olunur. Fazil Nəriman oğlu Ələkbərov isə Vasif Talıbovun həm xalası oğlu, həm də keçmiş qudasıdır. Naxçıvanın Korrupsiyaya qarşı Baş İdarənin rəisi Məhərrəm Talıbov isə Vasif Talıbovun qardaşıdır. Kim kimi cəzalandıracaq?”.
Paylaş:
Müəllif : Fuad
Tarix:6-12-2022, 09:29
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər