reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Əlı və Nıno Qrup” ləğv olunur...

reklam

“Əlı və Nıno Qrup” ləğv olunur...


















Azərbaycanın aparıcı kitab mağazaları şəbəkəsindən biri olan “Əli və Nino”nun sahibi Köçərli Nigar Şahvələd qızının qanuni təmsiçisi olduğu “Əlı və Nıno Qrup MMC” MMC (VÖEN - 1402996531) ləğv olunduğunu elan edib. 

Yeniavaz.com xəbər verir ki, ləğvetmə elanında kreditorlardan iki ay ərzində tələblərini Nəsimi rayonu, Qulu Quliyev küçəsi, ev 41, mənzil 75 ünvanına bildirmələri istənilir.

Onu da bildirək ki, “Əlı və Nıno Qrup MMC”-dən başqa Köçərli Nigar Şahvələd qızının qanuni təmsiçisi olduğu daha bir şirkət “Nigar 1975” MMC də (VÖEN – 1402995591) ləğv olunduğunu elan edib. Nizamnamə kapitalı 10 manat olan MMC 17.12.2014-cü ildə dövlət qeydiyyatına alınıb.

Qeyd edək ki, “Əlı və Nıno Qrup MMC” MMC 18.12.2014-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamanamə kapitalı 100 manat təşkil edir.

Məlumat üçün onu da qeyd edək ki, “Əlı və Nıno Qrup MMC” MMC-nin qanuni təmsilçisi olan Nigar Köçərli tanınmış neftçi-geoloq, geologiya-minerologiya elmləri üzrə fəlsəfə doktoru, 1981-92-ci illərdə "Azneftgeofizika" tresti İB-də baş direktor olmuş Şahvələd Köçərlinin qızıdır.





Paylaş:


Müəllif : Tarix:
6-12-2022, 11:47
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər