reklam
Regionxeberlericom.az » Cəmiyyət » Prezidentin əfv etdiyi jurnalisti kimlər tutdurmaq istəyir? - SENSASSİON MÜRACİƏT

reklam

Prezidentin əfv etdiyi jurnalisti kimlər tutdurmaq istəyir? - SENSASSİON MÜRACİƏT

















Müstəqil jurnalist,"Region xəbərləri.com"  saytının rəhbəri  jurnalist Fuad Hüseynov  ölkə başçısına və güc strukturlarına müraciət ünvanlayıb.

Oxu24.com xəbər verir  ki, jurnalist müraciətində iddia edib ki,yaşadığı və faəliyyət göstərdiyi rayonda bir sıra rəhbər şəxslər birləşərək onun həbsinə hazırlıq görür.

Jurnalist müraciətində bildirib ki,Ucar Rayon Xəstəxanasının baş həkimi Zeynal Bayramlı ona zəng edərək müəmmalı görüşə çağırır. Jurnalist iddia edir ki, baş həkimin onu görüşə çağırmasında məqsədi əvvəlcədən qurulmuş plana əsasən onun həbs edilməsidir.

Jurnalist ölkə Prezidentindən,Baş prokurorluqdan və Daxili İşlər Nazirliyindən kömək istəyib.O,bildirib ki,rayon rəhbərliyinin başçılığı ilə onun həbsi planı hazırlanıb.

Qeyd edək ki, 1979-cu il təvəllüdlü Fuad Hüseynov Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədilən xuliqanlıq) maddəsi ilə təqsirli bilinib, 2011-ci il sentyabrın 26-da Gəncənin Nizami Rayon Məhkəməsinin hökmü ilə 6 il 6 ay müddətində azadlıqdan məhrum edilmişdi. Prezident İlham Əliyevin 26 may 2014-cü il tarixində imzaladığı Əfv sərəncamı ilə azadlığa buraxılıb.

Jurnalistin video müraciətini təqdim edirik:




Paylaş:


Müəllif : Tarix:
7-12-2022, 23:49
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər