reklam
Regionxeberlericom.az » Cəmiyyət » Sonu gəlməyən müzakirə: - Azərbaycanda hansı peyvənd nə vaxt vurulur?

reklam

Sonu gəlməyən müzakirə: - Azərbaycanda hansı peyvənd nə vaxt vurulur?

Böyük Britaniyada ABŞ-ın “Pfizer” və Almaniyanın “BioNTech” şirkətinin birgə istehsal etdiyi koronavirus əleyhinə peyvənd 6 aylıq körpələrdən 4 yaşadək olan uşaqlarda istifadə ediləcək.

Bu barədə İngiltərə Dərman və Sağlamlıq Məhsullarını Tənzimləmə Təşkilatı məlumat yayıb.

Təşkilat peyvəndin tələb olunan təhlükəsizlik, keyfiyyət və effektivlik standartlarına cavab verdiyini bildirib.

Maraqlıdır, Azərbaycanda peyvənd hansı yaş qruplarına vurula bilər?

Cebhe.info bununla bağlı araşdırma aparıb. Öncə qeyd edək ki, peyvəndlə bağlı müzakirələr davamlı olub. Bir qrup peyəndin orqanizmə mənfi təsirini əsas gətirərək uşaqlara onun vurulmasından imtina edir. Bunun üçün hətta imtina ərizəsi imzalayan valideynlər də var. Digər qrup isə peyvəndin vacibliyini əsas tutaraq keyfiyyət məsələsini ön plana salır. Başqa sözlə, peyvədin istehsal ounduğu ölkə və şirkətin etibarlılığı bu qrup üçün əsasdır. Pulsuz peyvəndlər əsasən Hindistan istehsalı olduğundan, bu qrup valideynlər Qərb ölkələrinin pullu və bahalı peyvədlərinə üstünlük verirlər.

Koronavirus peyvəndi artıq bir çox ölkədə aşağı yaş qruplarında olan uşaqlara vurulur. Lakin Azərbaycanda bununla bağlı qərar təsdiqlənməyib. Ölkəmizdə koronavirusa qarşı peyvəndləmə 16-18 yaşdan başlayır.

Belə ki, uşaqlarda olan infeksion xəstəliklər çox təhlükəli olur, bəzi hallarda ağır keçərək hətta ölümlə də nəticələnə bilir. Uşaq infeksion xəstəliklərinin profilaktikasında peyvənd olunma mühüm amildir və peyvənd təqvimlərinə uyğun yerinə yetirilməlidir.

Onlar uşaqların sağlamlığını və həyatını xilas edir. Peyvəndlərdən imtina etmək olmaz. Peyvəndlər mümkün qədər peyvənd təqvimlərinə müvafiq olan vaxtlarda yerinə yetirilməlidirlər.

Uşaqlar üçün mütləq olan peyvəndlərdən savayı, valideynlərin şəxsi xahişinə əsasən, xəstəliyi keçirməyən uşaqlara suçiçəyi, rotovirus infeksiyası, həmçinin 12-15 yaşlı qız uşaqlarına isə insan papilloması virusu (İPV) peyvəndləri də oluna bilər.

Doğulduğu ilk 12 saat ərzində körpəyə hepatit B əleyhinə peyvənd aparılır. Dördüncü-yeddinci gün arası həm vərəm əleyhinə, həm də poliomielit əleyhinə peyvənd vurulur.

Uşaq evə yazılandan sonra ərazi üzrə poliklinikada qeydiyyata alınır və onun sonrakı peyvəndləri həmin tibb müəssisəsi tərəfindən aparılır.

Uşaqlara 2 aylığında poliomielit əleyhinə vaksin, pentavaksin (difteriya, tetanus, göyöskürək, hemofil infeksiyası, hepatit B əleyhinə) və pnevmokok infeksiyasına qarşı peyvənd aparılır.

Körpənin 3, 4 və 6 aylığında peyvəndlər təqvimə uyğun olaraq davam etdirilir. 1 yaşında uşaqlara qızılca, məxmərək və parotitə qarşı peyvənd vurulur.

Uşağın 18 aylığında difteriya, göyöskürək, tetanus əleyhinə (GDT) və oral poliomielit (OPV) vaksinləri ilə revaksinasiya, 6 yaşında isə difteriya, tetanus əleyhinə (DT) və qızılca, məxmərək və parotitə qarşı peyvənd edilir.

Məhz peyvəndlərarası interval ən azı bir ay olmalıdır.




Paylaş:


Müəllif : Tarix:
8-12-2022, 14:28
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər