Ədliyyə Nazirliyində işin təkmilləşdirilməsinə yönəlmiş əməliyyat müşavirəsi keçirilib
Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirlikdə əməliyyat müşavirəsi keçirilib.
Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən APA-ya bildirilib ki, müşavirədə dövlət başçısının ədliyyə və məhkəmə fəaliyyətinin yeni çağırışlara uyğun təkmilləşdirilməsi barədə tapşırıqlarının və nazirlik qarşısında qoyulmuş mühüm vəzifələrin yerinə yetirilməsi, o cümlədən cari ildə görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı bütün struktur
qurumlarda aparılmış müzakirələrin nəticələri barədə məlumat verilib.
Ədliyyə orqanlarında əmək və icra intizamının gücləndirilməsi, iş üsul və vasitələrinin təkmilləşdirilməsi, struktur qurumları arasında işin əlaqələndirilməsinin yaxşılaşdırılması, strateji planlaşdırmanın düzgün həyata keçirilməsi, tədbirlər planlarının keyfiyyətli icrası məsələlərinə toxunuldu. İcra intizamının yaxşılaşdırılması, xüsusən yuxarı dövlət orqanlarının tapşırıqlarının vaxtında və keyfiyyətli icrası, mövcud çatışmazlıqlar və onları doğuran səbəblər təhlil olunmaqla aradan qaldırılması barədə konkret tapşırıqlar verildi. Eyni zamanda müşavirədə ədliyyə sahəsində islahatların yeni mərhələsinin əsasını qoymuş dövlət başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 03.04.2019-cu il tarixli Fərmanının mütəşəkkil və dürüst icrası üzrə davam olunan tədbirlər, o cümlədən cəza siyasətinin humanistləşdirilməsi, mülki prosessual qanunvericiliyinin təkmilləşdirilməsi, mübahisələrin məhkəmədənkənar həlli və s. məsələlərlə bağlı yerinə yetirilmiş işlər barədə məlumat verildi. Regional kommersiya və inzibati məhkəmələrinin yaradılması, hakimlərin sosial müdafiəsinin gücləndirilməsi, məhkəmə fəaliyyətinin təminatının yaxşılaşdırılması ilə əlaqədar qanunvericiliyə edilmiş dəyişikliklərin bu sahədə işin səmərəliliyinin artırılmasında əhəmiyyəti qeyd olundu.
Yeni təşkil edilən məhkəmələrin fəaliyyətinin təmini üçün zəruri təşkilati tədbirlərin görülməsi, Məhkəmə-Hüquq Şurası ilə birgə təhlillər əsasında qısa müddətdə təkliflərin verilməsi tapşırıldı. Məhkəmələrdə işin təşkili və icra intizamının yaxşılaşdırılması, vətəndaşların haqlı narazılığını doğuran pozuntuların aradan qaldırılması, bu məqsədlə monitorinqlərin intensivləşdirilməsi və digər tədbirlərin görülməsinin vacibliyi nəzərə çatdırıldı.
Müşavirədə həmçinin Respublika Prezidentinin cəza siyasətinin humanistləşdirilməsi barədə göstərişlərinə uyğun olaraq bu sahədə görülmüş kompleks tədbirlər, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi qeyd olunub, məhkəmələr tərəfindən azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların tətbiqinə son dövrdə üstünlük verilməsi və bu müsbət tendensiyanın cari ildə davam etməsi vurğulanıb. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, habelə alternativ cəzaların, o cümlədən azadlığın məhdudlaşdırılması cəzasının icrası, yerli istehsal olunan elektron qolbaqların 1.500-dək məhkuma tətbiq edilməsi bildirilib, Probasiya Xidmətinin fəaliyyətinin səmərəsinin artırılması, yerlərdə probasiya nəzarətinin gücləndirilməsi məqsədilə təşkilati işlər müzakirə olunub.
Tədbirdə həmçinin ədliyyə fəaliyyətinin digər prioritet istiqamətləri üzrə işin təkmilləşdirilməsi məsələləri müzakirə edilib, müvafiq tapşırıqlar verilib.
Paylaş:
Müəllif : Redaktor
Tarix:1-08-2019, 22:06
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:1-08-2019, 22:06
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09