reklam
Regionxeberlericom.az » Cəmiyyət » Ərdoğanın dostu olan iş adamı ABŞ-ın "qara siyahısı"nda - Təfərrüat

reklam

Ərdoğanın dostu olan iş adamı ABŞ-ın "qara siyahısı"nda - Təfərrüat

















ABŞ İran İnqilabı Keşikçiləri Korpusu (SEPAH) adından neft satışı və çirkli pulların yuyulması ittihamı ilə türk iş adamı Sıtkı Ayan və şirkətlərinə qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır.

Bu barədə ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinken özünün tvitter səhifəsində məlumat yayıb.

“İş adamı Sıtkı Ayan illərdir İran İslam İnqilabı Keşikçiləri Korpusu və Livan “Hizbullah”ına dəstək verib.

ABŞ Maliyyə Nazirliyi beynəlxalq neft qaçaqmalçılığı və çirkli pulların yuyulması şəbəkəsini təyin edib. Biz SEPAH-ın qeyri-qanuni neft satışına qarşı sanksiyalar tətbiq etməyə davam edəcəyik”, - Blinken bildirib.

ABŞ Maliyyə Nazirliyindən verilən açıqlamaya görə, ABŞ səlahiyyətliləri türk iş adamı Sıtkı Ayanın şirkətləri vasitəsilə İran neftinin beynəlxalq alqı-satqı və daşınma müqavilələrinin qurulması ilə bağlı sənədlərə görə hərəkətə keçib. Sənədlərdə Ayanın öz şirkətləri vasitəsilə çirkli pulları yuduğu, İranın isə “Qüds qüvvələri” adından neft satdığı bildirilir. İş adamının yüz milyonlarla dollar dəyərində İran neftini satmaq üçün Çin və Birləşmiş Ərəb Əmirlikləri başda olmaqla bir çox ölkə ilə müqavilə imzaladığı açıqlanıb.

Nazirlik, həmçinin Ayan və şirkətlərinin ABŞ-dakı aktivlərinin dondurulacağını və ölkədə ticarətin qadağan ediləcəyini açıqlayıb. Nazirlik Ayanın şirkətləri ilə işləyənlərin də sanksiyalarla üzləşəcəyini vurğulayıb. Bu kateqoriyada Ayanın oğlu Bahəddin Ayan, şəriki Kasım Öztaş və digər tərəfdaşları ilə birlikdə təsis etdiyi Cəbəllütariqdə yerləşən “ASB Şirkətlər Qrupu” da daxil olmaqla ən azı 20 şirkət müəyyən edilib.

Qeyd edək ki, Sivasın Gölova qəsəbəsində doğulan Sıtkı Ayan həm də Türkiyə Prezidenti və hazırda iqtidarda olan Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan və ailəsi ilə yaxınlığına görə tanınır.

S. Ayan Ərdoğanın həm dostudu, həm də onlar İstanbulda eyni sinifdə oxuyublar. Ayan Ərdoğanın ən yaxın çevrəsindəki şəxs kimi tanınır və onun Ərdoğanın qardaşı Mustafa Ərdoğanla da kifayət qədər yaxın əlaqələrinin olduğu bildirilir.

Ayanın adı, həmçinin Ərdoğanın ailəsinin milyonlarla dollar pul yumaqda ittiham olunduğu Men adasındakı (Britaniyanın taxt-tac ərazisi. İngiltərə, İrlandiya, Şotlandiya və Uelsdən təxminən eyni məsafədə İrland dənizində yerləşir) “1 funt sterlinqlik” şirkətlə də çəkilir. Belə ki, o, şirkətin yeganə idarə heyətinin üzvüdür.

Sıtkı Ayanın adı “WikiLeaks”lə bağlı beynəlxalq istintaqda, həmçinin korrupsiya, çirkli pulların yuyulması əməllərinin olduğu bildirilən “Malta sənədləri” (Panama sənədləri) məsələsində də çəkilir.




Paylaş:


Müəllif : Tarix:
9-12-2022, 14:07
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər