reklam
Regionxeberlericom.az » Cəmiyyət » Avropa Parlamentindəki rüşvət böhranı kəskinləşir – Yeni detallar

reklam

Avropa Parlamentindəki rüşvət böhranı kəskinləşir – Yeni detallar

















Xəbər verdiyimiz kimi, cümə günü keçirilən əməliyyatla Avropa Parlamentinin bir neçə yüksək vəzifəli şəxsi, o cümlədən vitse-prezident Eva Kaili saxlanılıb. Dünya çempionatının ev sahibi Qətərin rüşvət verməklə Avropa siyasətinə sızmaq cəhdi ilə bağlı yeni məlumatlar ortaya çıxıb.

Bu dəfə həbsdə olan italiyalı siyasətçi Antonio Panzeri diqqət mərkəzinə düşüb.

İtaliyanın ən çox oxunan qəzetlərindən biri olan “Corriere Della Sera” saxlanılan Panzeri, qızı Silvia və həyat yoldaşı Maria Dolores Kolleoni haqqında yeni məlumatlar və siyasətçinin aldığı rüşvətin təfərrüatlarını paylaşıb.

Mətbuat orqanı Panzeri və ailəsinin tətillərinin Qətərdən alınan rüşvətlə ödənildiyini ortaya çıxarıb. Belə ki, sözügedən ailə üçün Milad bayramında adambaşına 9 min avroluq tətil təşkil edildiyi açıqlanıb.

İtaliya mediası Panzeri ailəsinin səyahət etməyi və bir çox dəbdəbəli yerləri gəzməyi çox sevdiyini yazıb.

Hadisədən sonra ilk işə dekabrın 19-da baxılacağı açıqlanıb. Səlahiyyətlilər Panzerinin qızı və arvadının ev dustaqlığına buraxılmasına qərar verildiyini açıqlayıblar.




Paylaş:


Müəllif : Tarix:
11-12-2022, 16:21
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər