“Bəxtiyar Hacıyev bu maddə ilə həbs edilən ilk adamdır”
“Bəxtiyar Hacıyevlə görüşdüm. Saxlama şəraitindən və ona qarşı rəftardan şikayətçi deyil”.
Bu sözləri bir neçə gün öncə həbs olunan ictimai fəal Bəxtiyar Hacıyevin vəkili Aqil Layıc deyib. O müvəkkilinin ittiham olunduğu maddələrin konkret bəndlərini də açıqlayıb. Vəkil bildirib ki, bəzi mətbu orqanları B.Hacıyev Cinayət Məcəlləsinin 221.1-ci və 289.-1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib: “Təcrübəmə əsasən, Bəxtiyar Hacıyev 221.1-ci maddə ilə həbs edilən ilk adamdır. O, cinayət törətməyib, əksinə zərərçəkəndir”.
Aqil Layıc B.Hacıyevin həbsinə dair qərardan apellyasiya şikayəti veridiklərini qeyd edib.
Qeyd edək ki, CM-in 221.2-ci maddəsində qeyd olunur ki, xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
289.1-ci maddəyə əsasən isə məhkəmə baxışı iştirakçılarını təhqir etməklə məhkəməyə hörmətsizlik etmə - beş yüz manatdan min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Paylaş:
Müəllif : Fuad
Tarix:12-12-2022, 18:03
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər