reklam
Regionxeberlericom.az » Cəmiyyət » Şagirdlərin fotosunu vatsap qrupuna atan müəllimə töhmət verildi - Yenilənib

reklam

Şagirdlərin fotosunu vatsap qrupuna atan müəllimə töhmət verildi - Yenilənib

















Sosial şəbəkələrdə 25 nömrəli tam orta məktəbin ibtidai sinif müəlliminin şagirdlərə psixoloji təzyiq göstərməsi ilə bağlı valideyn tərəfindən yayılan məlumatla əlaqədar müvafiq araşdırma aparılıb, müəllimdən izahat alınıb.
Məktəbdən verilən xəbərə görə, müəllim izahatında bildirib ki, uşaqlara psixoloji təzyiq göstərməyib, şagirdlərin dərsə məsuliyyət hissini artırmaq üçün onları tənbeh edib. Digər məqamlar barədə məlumatların (şagirdlərin sanitar qovşağa buraxılmaması, onlarla kobud rəftar olunması) həqiqətəuyğun olmadığını bildirib.
Məktəb rəhbərliyi tərəfindən sinifdə təhsil alan şagirdlərin valideynləri məktəbə dəvət olunub və onlar övladlarına qarşı heç bir şiddət və ya kobud rəftarın olmadığını yazılı formada təsdiqləyiblər.
Məktəb rəhbərliyi tərəfindən uşaqlara fərdi yanaşmadığına, onların yaş xüsusiyyətini nəzərə almadığına, pedaqoji və psixoloji amillərə həssaslıq göstərmədiyinə görə müəllimə intizam tənbeh tədbiri kimi töhmət verilib. Belə hallara təkrar yol verildiyi təqdirdə daha ciddi tədbirlərin görüləcəyi bildirilib.

***10:26
Xətai rayonu 25 nömrəli məktəbin 1-ci sinfində təhsil alan bəzi uşaqlara psixoloji şiddət göstərildiyi iddia olunub.
Bu barədə sözügedən uşaqlardan birinin valideyni Pərvanə Rasim sosial şəbəkə hesabında paylaşım edib.
O paylaşımında bildirib ki, sinfin müəllimi Səidə Hüseynova ev tapşırıqlarını yerinə yetirməyən uşaqları “ibrət” olsun deyə ayaqüstə saxlayıb, onların fotolarını çəkib valideynlərin vatsap qrupuna yollayıb:
“Bu şəkildəki uşaqlar Xətai rayonu ərazisində yerləşən 25 nömrəli məktəbin 1-ci sinif şagirdləridir. Sol tərəfdə eşitdiyi təhqirlərdən sonra başını aşağı salıb dayanan qızımdır. 7 yaşının içindədir. Şəkil sinfin müəllimi Səidə Hüseynova tərəfindən çəkilib. İbrət olsun deyə valideyn qrupuna göndərilib. Şəklin sonunda müəllimə xanım qeyd edir ki, hər dəfə yazmayanlara belə üsulla “məsuliyyətli” olmağı öyrədəcək. Uşaqları qaranlıq otağa salmaqla da hədələyib. Bu körpələrin “günahı” ev tapşırığının nə olduğunu bilmədiklərinə görə yazmamaları olub. Buna görə də xeyli danlandıqdan sonra 45 dəqiqə qışın bu oğlan çağında hələ də istilik olmayan sinifdə, küncdə dayanmağa məcbur edilərək, digər dərslərin izahında iştirak etməkdən məhrum ediliblər. Normalda uşaqlar təbii ehtiyaclarını ödəmək istəyəndə belə Səidə xanımın xoşuna gəlmir. Çox vaxt icazə vermir. Həmçinin dəfələrlə uşaqlara fiziki və psixoloji şiddət göstərib”.
Valideyn qeyd edib ki, bütün bu şikayətləri ilə bağlı həm müəllimin özünə, həm sözügedən məktəbin direktoruna, həm də Elm və Təhsil Nazirliyinə müraciət edib:
“Buna görə məktəb rəhbərliyinə dəfələrlə şikayət edilib. Şəxsən özüm buna görə müəllim və məktəbin psixoloqu ilə dəfələrlə danışmışam. Lakin məktəbin direktoru Fəridə Şərifova həm istiliklə bağlı müraciətlərə, həm də S.Hüseynovanın uşaqlara qarşı kobud və qəddar davranışlarına əhəmiyyət verməyib. Bundan öncə qızımın hazırlıq dönəmində həmin məktəbin digər müəllimi Aygün Məmmədova da qızıma dəfələrlə psixoloji şiddət göstərib. Uşaq ağlayıb gecələr qorxudan yerini isladırdı ki “müəllimədən qorxuram, ona de, üstümə qışqırmasın”. Artıq orda nə baş verirdisə, bilmirəm. Etirazımı şifahi şəkildə A.Məmmədovaya bildirəndə “Mənə ağıl öyrədəcəksən? Özüm bilərəm necə davranaram” dedi. Məsələ ilə bağlı dəfələrlə yazılı və şifahi şəkildə Elm və Təhsil Nazirliyinə, Cəsarət Valehova (Nazirliyin sözçüsü – red.) müraciət etsəm də, heç bir reaksiya almadım. Sonra mənim xəbərim olmadan uşağı sinifdən çıxarıb həmin bu S.Hüseynovanın qrupuna qoyublar. Necə deyərlər yağışdan çıxıb yağmura düşdük. Deyəcəksiniz ki, onlayn sistemə necə valideynin xəbəri olmadan müdaxilə ola bilər? Ancaq mümkünmüş”.
Elm və Təhsil Nazirliyinin sözçüsü Cəsarət Valehov bildirib ki, məsələ araşdırılıb məlumat veriləcək.




Paylaş:


Müəllif : Tarix:
14-12-2022, 11:09
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər