“Satqın müstəntiqlər hardadır, gəlib üzr istəsinlər”
Tərtər hadisələrində əziyyət çəkən əsgər, zabit və onların ailələrindən üzr istənilməlidir.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qənirə Paşayeva bildirib.
"Tərtər işi"ndən danışan deputat əsgər və zabitlərə şər atanların cəzalandırılmasını tələb edib.
“O hadisədə zərərçəkənlərin uşaqları məktəbə gedə bilmirdi, anaları camaat içinə çıxa bilmirdi. Bizi də ittiham edirdilər ki, siz casusları müdafiə edirsiz. İndi bu adamlar çıxsınlar, zəhmət çəkib, camaatın içində üzr istəsinlər. İşgəncə əmrlərini kim veribsə, xalq onları görmək istəyir. İndi o satqın müstəntiqlər hardadırlarsa, gəlib xalqın içində əsgər, zabit analarından, uşaqlarından üzr istəməlidirlər. Həmin o əziyyəti verənlər televiziyadan xalqa nümayiş etdirilməlidir. İndi nə oldu, gördülər ki, biz casusları yox, günahsızları müdafiə ediridik. Onlar çox yaxşı bilirlər ki, bu qərarları kim verib, indi çıxsınlar ortaya, xalqa cavab versinlər”,- deyə deputat bildirib./Modern.az
Paylaş:
Müəllif : Fuad
Tarix:16-12-2022, 14:35
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər