Bəxtiyar Hacıyev aclığı davam etdirir
İctimai fəal Bəxtiyar Hacıyev həbsdən azad edilməsi və uydurma ittihamlarla ona qarşı başlamış cinayət təqibinə son qoyulması tələbi ilə 1 saylı Bakı İstintaq Təcridxanasında aclığı davam etdirir.
Bu barədə dekabrın 16-da Hacıyevlə görüşən vəkil Aqil Layıc bildirib.
Vəkil bir qrup ictimaiyyət nümayəndəsinin aclığı dayandırması barədə israrlı xahişini Hacıyevə çatdırıb. Amma fəal dəstək üçün təşəkkür edərək, azad edilənə qədər aksiyanı davam etdirəcəyini bildirib.
"Müdafiə Xətti" hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov Turan-a bildirib ki, hələlik Hacıyevin saxlanma şəraiti və ona qarşı rəftarla bağlı şikayəti yoxdur. Amma həbs edildikdən sonra onun ailə üzvləri ilə telefonla danışmasına hələ icazə verməyiblər.
“Bir qrup fəal Hacıyevin müdafiəsi üçün ictimai kampaniya həyata keçirir”, - deyə Səfərov qeyd edib.
Xatırladaq ki, diplomatik missiyaların və beynəlxalq təşkilatların nümayəndələrinin Hacıyevə qarşı saxta cinayət işi haqqında məlumatlandırılması məqsədilə onlarla görüşlər nəzərdə tutulur. Dekabrın 16-da Səfərov vəkili ilə birlikdə Belçika səfirliyində qəbul edilib.
Bundan başqa, Hacıyevlə həmrəylik məqsədilə aclıq aksiyası keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, "İctimai Siyasət İnstitutu"nun rəhbəri Bəxtiyar Hacıyev dekabrın 9-da saxlanılıb və ona qarşı xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamları irəli sürülüb. Elə həmin gün Bakının Xətai rayon məhkəməsi Hacıyevi 1 ay 20 gün müddətinə həbs edib. Müdafiə tərəfi bu qərardan şikayət verib, Hacıyev özü isə məhkəmə şikayəti təmin etmədiyi təqdirdə müddətsiz aclığa başlayacağını bildirib.
Dekabrın 15-də Apellyasiya Məhkəməsi Hacıyevin şikayətini təmin etməyib, o, iclasda azad edilməsi tələbi ilə aclığa başladığını elan edib.
Paylaş:
Müəllif : Fuad
Tarix:17-12-2022, 14:07
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər