Bəxtiyar Hacıyevin vəkili: "Aclığı dayandırmayıb" - Yenilənib
İctimai fəal Bəxtiyar Hacıyevin vəkili Aqil Layıc onun həbsdə aclıq askiyasını dayandırmadığını bildirib.
O, bu barədə sosial şəbəkə hesabında yazıb.
“Bəxtiyar Hacıyev ilə görüşdüm, özü qəti olaraq aclıq aksiyasının dayandırılması xəbərlərini təkzib etdi. Dedi ki, mətbuatda gedən informasiyalar reallığı əks etdirmir, qəti şəkildə reallığın təhrifidir. Təəssüf olsun ki, bu gün də aclığı dayandırma yönündə onu qane edə bilmədim”, - vəkil deyib.
***12:22
İctimai fəal Bəxtiyar Hacıyevin aclığı davam etdirdiyi deyilir.
Bu barədə “Müdafiə xətti” hüquq müdafiə təşkilatının həmtəsisçisi Zaur Əkbər özünün sosial şəbəkə hesabında yazıb.
“Bəxtiyar aclığı davam etdirir.
Aclığı dayandırması ilə bağlı hökumət mediasının yaydığı məlumat yalandır.
Bəxtiyarın durumu çox ağırdır.
O, psixoloji, mənəvi işgəncə altındadır”, - deyə Z. Əkbər bildirib.
Qeyd edək ki, ötən gün Penitensiar Xidmətin mətbuat katibi Mehman Sadıqov Yeniavaz.com-a verdiyi açıqlamada həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin aclıq aksiyasını dayandırdığını bildirib.
Qeyd edək ki, B. Hacıyev dekabrın 9-da saxlanılıb və ona qarşı xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamları irəli sürülüb. Elə həmin gün Bakının Xətai rayon məhkəməsi Hacıyevi 1 ay 20 gün müddətinə həbs edib. Müdafiə tərəfi bu qərardan şikayət verib, Hacıyev özü isə məhkəmə şikayəti təmin etmədiyi təqdirdə müddətsiz aclığa başlayacağını bildirib.
Dekabrın 15-də Apellyasiya Məhkəməsi Hacıyevin şikayətini təmin etməyib, o, iclasda azad edilməsi tələbi ilə aclığa başladığını elan edib.
Paylaş:
Müəllif : Fuad
Tarix:19-12-2022, 14:31
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər