reklam
Regionxeberlericom.az » Cəmiyyət » TƏBİB-ə daxil olan şikayətlər ən çox nə ilə bağlıdır?

reklam

TƏBİB-ə daxil olan şikayətlər ən çox nə ilə bağlıdır?
















2022-ci ildə TƏBİB-ə 2173 şikayət daxil olub ki, bu da ümumi müraciətlərin (8648) 25 faizidir.

Bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov “TƏBİB - Tibbdə müasir keyfiyyət mərhəi: real perspektivlər, gələcəyə baxış” adlı hesabat konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, daxil olan şikayətlərin 28 faizi müayinə və müalicə prosedurları ilə bağlıdır: “Şikayətlərin 20 faizi müəssisənin infrastrukturu, 13 faizi etik davranış qaydalarının pozulması, 13 faizi iş və əmək münasibətlərinin pozulması ilə bağlıdır”.

V.Qurbanov qeyd edib ki, daxil olmuş hər bir müraciət TƏBİB-in müvafiq struktur qurumları tərəfindən araşdırılaraq müraciət edən təşkilatlara və vətəndaşlara araşdırmanın nəticələri, görülmüş tədbirlər barədə məlumatlar verilir. “Bakı şəhəri üzrə vətəndaşlardan və təşkilatlardan daxil olan müraciətlərin əsas məzmunu ilkin səhiyyə müəssisələrində tibbi xidmətin göstərilməsi zamanı fərdi olaraq bəzi həkimlərlə rastlaşdıqları problemlər, tibbi sənədləşmənin icrası ilə bağlı köməklik göstərilməsi və s. ilə əlaqəlidir”.




Paylaş:


Müəllif : Tarix:
20-12-2022, 12:47
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər