Sürücülərə 6 ay vaxt verildi: Həqiqi narahatlıq, yoxsa pul yğımı?..
Pandemiya dövründə Bakı yollarına yeni nəqliyyat vasitələri mopedlər yol tapdı. Mütəxəssislərin fikrincə, il ərzində 2 mindən çox qəzaya səbəb olan mopedlər sürücülük vəsiqəsi olmadan idarə edilən nəqliyyat vasitələridir.
Çünki bu nəqliyyat növünün mühərrik gücü 50 km/saatdan azdır. Amma təəssüflər olsun ki, bəzən mühərrik gücü daha çox olan bənzər nəqliyyat vasitələri də yollarda şütüyür, onları da mopedlərdən fərqləndirmək o qədər də asan deyil.
Bir neçə gün əvvəl Milli Məclisin iclasında "Yol hərəkəti haqqında" qanuna təklif edilən dəyişiklik müzakirə edilib. Belə ki, qanun layihəsinə əsasən konstruktiv maksimal sürəti 50 km/saatdan artıq olan bütün nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı ilə təmin edilməsi və sürəti 50 km/saatdan çox olan mopedçilərin sürücülük vəsiqəsi alması təklif edilir. Həmçinin qanunun 6 ay sonra qüvvəyə minməsi təklif edilir. Qanuna dəyişiklik artıq qəbul edilib.
Xatırladaq ki, Baş Dövlət Yol Polisi idarəsi moped sürüclərinin vəsiqə ala bilməsi üçün xüsusi komissiya yaradıb, mopedçilər üçün sürücülük vəsiqəsi (A1) imtahanlarının məzmunu sadələşdirilib.
Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycanda “Yol hərəkəti haqqında qanun” 90-cı illərin sonlarında qəbul olunub. O zaman müstəqillik yeni əldə edilmişdi və bugünkü nəqliyyat vasitələrimin çoxu Azərbaycanda istifadə olunmurdu.
“Elm-texnika inkişaf etdikcə daha az mühərrik həcmli nəqliyyat vasitələri-mopedlər də Azərbaycana gətirildi. Bu gün şəhərin küçələrində skuterlər, elektro-skuterlərə də rast gəlmək mümkündür. Qanunda konstruktiv maksimal sürəti 50 km/saatdan aşağı olan nəqliyyat vasitələri piyada ilə eyni nəzərdə tutulur. Bura velosiped və digər hərəkət iştirakçıları da daxildir. Zaman keçdikcə isə bu vəziyyət dəyişir”,- deyən ekspert bildirir ki, Yol hərəkəti haqqında qanuna edilən dəyişikliklər fonunda bununla bağlı irəliləyişlər olacaq. "Rüsum və cərimələr digər nəqliyyat vasitələri kimi onlara da şamil olunacaq.
Çünki mopedlərin digər nəqliyyat vasitələrindən xüsusi bir fərqi yoxdur. Qanunun qüvvəyə minməsinə hələ 6 ay var. Bu müddətdə moped sürücüləri "A1 sürücülük" vəsiqəsini ala biləcəklər. Yəni həmin dövrdən sonra yol polisi istənilən moped, motosikl sürücüsünü saxlayıb sürücülük vəsiqəsi tələb edə və protokol tərtib edə bilər.
P.S. Amma Azərbaycandan sürücülük vəsiqələrinin necə verildiyi də hər kəsə bəllidir. Moped sürücüləri də yəqin ki, vəsiqəni hamımızın bildiyimiz o "qaydalar" əsasında alacaqlar. O halda da heç bir nəticə əldə olunmayacaq. Yol polisinin imtahanlardan "əldə edəcəklərini" nəzərə almasaq...
İlahin, Bizimyol.info
Paylaş:
Müəllif : Fuad
Tarix:20-12-2022, 16:31
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər