reklam
Regionxeberlericom.az » Cəmiyyət » Bu maşınlar yolda qalacaq – XƏBƏRDARLIQ

reklam

Bu maşınlar yolda qalacaq – XƏBƏRDARLIQ


Maşınların hamısı qış mövsümündə sürücünün üzünü güldürmür. Əgər avtomobillinizə bu qulluqları etməsəniz  yolda qalacaqsınız.

Çünki qış fəslinin gəlişi ilə şaxtalı və qarlı hava avtomobilin işləməsinə müəyyən çətinliklər yaradır. Bəs bu çətinliklərlə üzləşməmək və yolda qalmamaq üçün hansı tədbirləri görməliyik və nələrə diqqət etməliyik?

Lent.az sizin üçün bu mövzu ilə bağlı araşdırma edib.

Suallarımıza Azərbaycan Texniki Universitetinin (AzTU) Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti Fərhad Eyyubov cavab verdi.

Fərhad bəy deyir ki, havaların soyuması ilə bağlı müraciət edən sürücülərin sayında artım var:

“Bizim ölkəmizdə digər ölkələrə nisbətən qış daha mülayim keçir, amma  buna baxmayaraq, qış fəslində təhlükəsizliyimizin qarşısını almaq üçün bəzi tədbirlərə əməl etməliyik. Təkərlərin şinlərinə diqqət yetirməli, hava şəraitindən asılı olaraq şaxtalı və qarlı havalarda onlara zəncir taxılmalıdır. Bəzən insanlar avtomobilin radiatoruna antifriz əvəzinə su və ya digər mayelər tökürlər, bu da donmaya səbəb olur. Buna görə də bu kimi hallara yol verməmək lazımdır.”

Müsahibimizin sözlərinə görə, ölkəmizdə elə avtomobillər var ki, onlar 30-40 ildən artıqdır istifadə olunur:

“Bu avtomobillərlə qarlı, buzlu hava şəraitində yola çıxmağı məsləhət görmürəm. Qış mövsümündə sürücülərin diqqət yetirməli olduğu əsas məsələlərdən  biri də avtomobilin əyləcidir. Avtomobildə əyləc mayesi var ki, onların borusu vaxtında təmizlənməli, havası çıxarılmalıdır. Həmçinin avtomobildə olan qızdırıcıya da diqqət yetirilməlidir. Avtomobilin isidicisi vaxtı-vaxtında təmizlənməlidir, çünki müəyyən vaxtdan sonra qızdırıcı tozlanır, bu da sağlamlığa ziyandır, zəhərlənə bilərik”.

Dosent eyni zamanda şüşə silənlərə də nəzər yetirməyin vacib olduğunu bildirdi.




Paylaş:


Müəllif : Tarix:
20-12-2022, 17:13
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər