“Ukraynaya 45 milyard dollarlıq əlavə yardımın imzalanmasını gözləyirik”
Xəbər verdiyimiz kimi, ötən gün Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-a səfər edib. V.Zelenskini ABŞ Prezidenti Co Bayden və birinci xanım Cil Bayden qarşılayıb.
Rəsmi qarşılanmadan sonra hər iki prezidentin Ağ Evdə bağlı qapılar arxasında təkbətək görüşü və danışıqları baş tutub.
Zelenski və Bayden danışıqlardan sonra birgə mətbuat konfransında çıxış ediblər.
“Nə qədər baha olsa da, Amerika xalqı Ukraynanı dəstəkləyəcək. Müttəfiqlər 2000 tank və zirehli texnika, 800 artilleriya sistemi və 2 milyon mərmi tədarük edib. Biz Ukraynaya 45 milyard dollarlıq əlavə yardımın imzalanmasını gözləyirik. Rusiya qışdan silah kimi istifadə edir, insanları dondurur. Putin NATO-nu zəiflədəcəyini düşünürdü, amma əvəzində münasibətlərimiz daha da gücləndi. Bu (Patriot HHM silahları), müdafiə silahıdır, bu, eskalasiya deyil. Hücumlar (infrastruktura) dayanarsa, bu silahdan istifadə edilməyəcək”, - Bayden mətbuat konfransında deyib.
“Biz vətənə çox gözəl xəbərlə qayıdırıq, bu, Patriot kompleksləri, eləcə də ölkəyə dəstək üçün 45 milyard dollar ayırmaq qərarıdır. Bu gün mənim bütün danışıqlarımın əsas məsələsi Ukraynanın güclənməsidir, bu, müstəqillik uğrunda müharibədə qələbəyə doğru hərəkətimizdir. Rusiya bizə, Avropaya və bütün sivil dünyaya qarşı etdiyi hər şeyə görə cavab verməlidir, biz ABŞ-a sonda sülhə gətirib çıxara biləcək addımlar təklif etdik. Bir prezident kimi mənim üçün ədalətli sülh ərazimizdə kompromislərin olmaması və bütün itkilərin ödənilməsidir”, - Zelenski mətbuat konfransında deyib.
Daha sonra Zelenski Kapitol sarayında ABŞ Konqresi və Senat nümayəndələri qarşısında çıxış edib.
Paylaş:
Müəllif : Fuad
Tarix:22-12-2022, 12:34
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər