Bəxtiyar Hacıyevin səhhəti pisləşdi
Səkkiz gündür Bakı 1 saylı İstintaq Təcridxanasında aclıq aksiyası keçirən ictimai fəal Bəxtiyar Hacıyevin səhhəti pisləşib.
Bu barədə ona baş çəkən vəkil Cavad Cavadov Azadlıq Radiosuna deyib:
“Bəxtiyar bildirdi ki, bugün, dekabrın 22-də təzyiqi aşağı olub - 90/60, hərarəti isə 35,4-ə enib, nəbzi 76-dir. Gün ərzində daha yarım kilo arıqlayıb, çəkisi 79,5 kiloqrama enib. Beləliklə, artıq 5 kiloqram çəki itirib.”
Vəkilin sözlərinə görə, o, zəiflikdən bəzən tarazlığını itirir və yıxılmamaq üçün özünü saxlayır. Ancaq onun aclıq aksiyasını dayandırmaq fikri yoxdur.
Cavadovun sözlərinə görə, ötən gün, dekabrın 22-də Bəxtiyar Hacıyevi təcridxananın sanitar hissəsinə köçürüblər.
Vəkil onu da bildirib ki, dekabrın 23-də Bakı Apellyasiya Məhkəməsində fəalın ev dustaqlığına buraxılmaması ilə bağlı şikayətinə baxılacaq.
"Biz Apellyasiya Məhkəməsininin həbs qətimkan tədbirini dəyişəcəyini gözləyirik", - Cavadov deyib. Onun sözlərinə görə, Hacıyevə qarşı irəli sürülən uydurma ittihamlar belə buna imkan yaradır.
Xatırladaq ki, dekabrın 9-da Bakının Xətai Rayon Məhkəməsi ictimai fəal Bəxtiyar Hacıyevi 1 ay 20 gün müddətinə həbs edib.
Paylaş:
Müəllif : Fuad
Tarix:22-12-2022, 21:53
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

İşəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB