"Tərtər hadisələri"ni araşdıran Abid Qafarov kliniki ölüm keçirdi
“Bakı Birlik Təşkilatı” İctimai Birliyinin sədri və “Youtube”da fəaliyyət göstərən “KimTV” kanalının aparıcısı Abid Qafarov bu gecə saxlanıldığı müalicə müəssisəsində kliniki ölüm keçirib.
Bu barədə A. Qafarovun həyat yoldaşı “Müdafiə Xətti” hüquq təşkilatına məlumat verib.
Qeyd edək ki, A. Qafarov 13 iyulda Yasamal Rayon Məhkəməsində hakim Rauf Daşdəmirovun sədrliyilə çıxarılan hökmə əsasən, Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələrilə təqsirli bilinib. Hər bir maddə üzrə ona 6 ay həbs cəzası təyin edilib. A. Qafarova qarşı məhkəmədə xüsusi ittiham qaydasında iddia qaldıran 7 nəfər müharibə veteranından 4-ü sonradan şikayətini geri götürüb. Digərləri isə ərizədə iddia edib ki, Abid Qafarov qaziləri təhqir edib, onları “müti” adlandırıb. A. Qafarov isə bu iddianı əsassız sayıb. O, həbsindən öncə məhkəmənin binası qarşısında jurnalistlərə açıqlamasında bildirib ki, çıxışında qaziləri təhqir etməyib, kimsənin adını çəkməyib. Əksinə, müharibə iştirakçılarının hüquqlarının pozulmamasıyla bağlı istəyini dilə gətirib. O hesab edir ki, "Tərtər hadisələri" ilə bağlı araşdırmalarına görə cəzalandırılır və bu məqsədlə qazilərdən istifadə olunur.
Paylaş:
Müəllif : Fuad
Tarix:23-12-2022, 12:46
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər