Əhalinin banklardan aldığı kredit rekord səviyyəyə çatdı – Rəqəmlər
Bu ilin dekabr ayının əvvəlinə olan məlumata görə banklar tərəfindən verilən istehlak kreditlərinin həcmi 10 milyard 769,6 milyon manat olub.
Açıqlanan rəsmi statistikaya istinadən bildirir ki, istehlak kreditləri ümumi kreditlərin 53,3%-nə bərabərdir.
İstehlak kreditləri bu ilin əvvəlindən ötən ilk 11 ayda 2 milyard 449,1 milyon manat və ya 28,8% artıb.
Məlumat üçün bildirək ki, istehlak kreditləri ən yüksək səviyyəyə 2015-ci ilin fevral ayında çatıb. Qeyd olunan tarixə olan məlumata görə banklar əhaliyə 8 milyard 416,7 milyon manat istehlak krediti verib. 2015-ci ilin fevral ayının 21-də baş verən devalvasiyadan sonra istehlak kreditləri sürətlə azalmağa başlayıb. Banklar tərəfindən verilən istehlak kreditləri 2018-ci ilin yanvar ayında devalvasiyadan sonrakı ən aşağı səviyyəyə düşüb. Həmin tarixə olan məlumata görə 4 milyard 522,8 milyon manat istehlak krediti verilib. Bu tarixdən başlayaraq istehlak kreditləri yenidən artmağa başlayıb və bu ayın əvvəlində rekord səviyyəyə çatıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:23-12-2022, 15:12
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər