reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Qızı Əfşanı böyütdüm, sonra məni evindən qovdu”

reklam

“Qızı Əfşanı böyütdüm, sonra məni evindən qovdu”
















Əməkdar artist Vasif Məhərrəmli ilə uzun illər onunla yaşayan bacısı Leyla arasında dava düşüb. Müğənni bacısını evdən qovub.

Bu barədə Axşam.az-a məlumat daxil olub.

Həmçinin oxuyun: Белла Хадид стала лучшей моделью 2022 года

Leyla xanım açıqlamasında bildirib ki, artıq iki ildir qardaşı ilə danışmır və tək yaşayır: “Vasif qardaşım idi... Bunu gizlətməyəcəyəm, onsuz xəbər bir yerdən çıxacaq. Bilən də bilir bunu... Onun qızı Əfşanı böyütdüm, 18 yaşında universitetə qəbul oldu. Ondan sonra dedilər ki, artıq sən bizə lazım deyilsən. Onlarla heç bir əlaqəm yoxdur. Hər qayğısını çəkdim, evləndirdim, övladı oldu. Onunla görüşmək istəyim də yoxdur. Nankor adamdan nə gözləyim? İnsan təkdirsə, onu heç bir maddiyat rahatlata bilməz (ağlayır). Ömrümün çoxunu, bütün həyatımı onlara həsr etdim”.

Leyla xanım əlavə edib ki, V.Məhərrəmlinin övladları da onunla danışmır: “Qız anasız qalanda 1 yaş 2 aylıq idi, 35 yaşında idim. Həyatımı ona həsr etdim, baxıcı belə tutmadım. Karyeramı, həyatımı, sənətimi qurban verdim. Heç qızla da əlaqəm yoxdur. Özüm Bakıda qalıram, evim var. İşləyirdim, qıza görə işdən çıxdım. Onun hazırlıqları, məktəbi, universitetə daxil olması ilə məşğul idim. Bütün fikrim ona yönəlmişdi, böyüdürdüm”. 

Sayt məsələ ilə bağlı Vasif Məhərrəmlidən açıqlama almağa çalışsa da o, zənglərə cavab verməyib. 

Qeyd edək ki, Leyla illər əvvəl açıqlamasından birində Vasif Məhərrəmliyə və qızına görə ailə qurmadığını demişdi.  




Paylaş:


Müəllif : Tarix:
23-12-2022, 17:53
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər