Yevlaxda şübhəli tender: “Olivads 22” MMC kimindir?
Yevlax Şəhər İcra Hakimiyyəti abadlıq işlərinin satın alınması ilə bağlı müsabiqəyə yekun vurub.
Qaynarinfo xəbər verir ki, satınalma müsabiqəsinin qalibi “Olivads 22” MMC olub. İcra Hakimiyyəti görüləcək işlər müqabilində şirkətə 148 507.69 AZN ödəyəcək.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Olivads 22” MMC 5 aprel 2022-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 5 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 1, mənzil 141-də yerləşir. MMC-nin qanuni təmsilçisi Musayev Yunus Yusif oğludur.
Açıq mənbələrdə “Olivads 22” MMC və Yunus Musayev haqqında heç bir məlumat yoxdur. Şikətin internet səhifəsinə və əlaqə telefonlarına da rast gəlinmir.
Araşdırmalarımız zamanı məlum olub ki, “Olivads 22” MMC ilə eyni hüquqi ünvanda başqa bir şirkət də qeydiyyatdadır. Bu, “Life Building” MMC-dir. Maraqlıdır ki, bu şirkətində nizamnamə kapitalı 5 AZN-dir. Qanuni təmsilçisi isə Heydərov Kamran Habil oğludur. Şirkət “Olivads 22” MMC-dən təxminən bir ay əvvəl – 24 fevral 2022-ci ildə qeydiyyata alınıb.
Bu fakt hər iki şirkətin eyni adama məxsus olduğuna şübhələr yaradır. Yeri gəlmişkən, “Life Building” MMC və Kamran Heydərov barəsində də açıq mənbələrdə heç bir məlumat yoxdur. Ehtimal etmək olar ki, hər iki şirkət tender əməliyyatlarında istifadə üçün yaradılıb.
Məlumat üçün deyək ki, “Dövlət satınalamları haqqında” Qanunun 6.2.1-ci maddəsinə görə satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlılığın olması şərtdir. “Olivads 22” MMC-nin bu kriteriyaralara cavab verib-vermədiyi bəlli deyil.
Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyevdir. O, 2019-cu ildə bu vəzifəyə təyin edilib. Anar Tağıyevin Bakı meri Eldar Əzizovun kürəkəni olduğu barədə məlumatlar var. Bu məlumatlar təkzib olunmayıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:24-12-2022, 23:27
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər