Azərbaycanda bir ay ərzində kartla 2 milyardlıq alış-veriş ediblər
Bu ayın əvvəlinə olan sonuncu məlumata görə Azərbaycanda bank sistemi üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 13 milyon 132 min ədəd olub.
Son bir ayda ödəniş kartlarının sayı 152 min ədəd, keçən ilin müvafiq dövrü ilə müqayisədə isə 20,9% artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 20,1%, kredit kartları üzrə 26,6% olub. Ötən ilin analoji dövrü ilə müqayisədə əməkhaqqı kartlarının sayı 186 min, kredit kartları 364 min, digər kartlar isə 1,7 milyon ədəd artıb.
Ödəniş kartlarının artması ilə birgə ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,9 dəfə artıb. 2022-ci ilin noyabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 2 milyard 524 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 1 milyard 908 milyon manatı elektron ticarətin payına düşüb. Qalan məbləğin 613 milyon manatı POS-terminallar, 2,4 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə həyata keçirilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:26-12-2022, 11:34
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər