reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Baş Prokurorluq və DTX Ukrayna hakimiyyətinə qarşı bu fəaliyyəti göstərənləri araşdırmalıdır” - ÇAĞIRIŞ

reklam

“Baş Prokurorluq və DTX Ukrayna hakimiyyətinə qarşı bu fəaliyyəti göstərənləri araşdırmalıdır” - ÇAĞIRIŞ
















Sosial şəbəkələrdə Ukraynada həbs olunan qazi Misir Qasımlının həbsinin arxasında ermənilərin durması və bu həbsə görə Ukrayna hökumətinə ünvanlanan ittihamlar təsdiqini tapmayıb.

Belə ki, Misir Qasımlı ilə bağlı açıqlanan son məlumatlarda onun həqiqətən də cinayət törətməsi açıq şəkildə göründü.

RegionXəbərləricom.az bildirir ki, Gununsesi.info-ya açıqlamasında ekspert Ərəstun Oruclu bu olaydan istifadə edərək, indiyədək Ukrayna hakimiyyəti əleyhinə kampaniya aparanların yanlış yolda olduğunu deyib:

“Ümid edirəm, Misir Qasımlı işinə aydınlıq gətirildi və onun həbsində heç bir erməni izinin olmadığı, bunun adi bir cinayət əməli olması tam üzə çıxdı. Məsələyə aydınlıq gətirilməsinə çalışan hər kəs sağ olsun.

Çünki, bu məsələ ətrafında qaldırılan isterikanın təsiri bizim toplum olaraq nə qədər asanlıqla yanlış istiqamətə yönəldilməyə hazır olduğumuzu göstərdi. Bu isə istənilən toplum üçün olduqca təhlükəli tendensiyadır.

Xatırladıram, Tərtər cinayəti törədiləndə də belə olmuşdu: 5-6 savadsız, muzdlu dələduz və casus insanlarımızın milli, vətənpərvərlik hisslərinə təsir edərək amansız qəddarlıqlara, şərləmələrə, qətllərə şərait və dəstək yaratmışdı.

Amma belə davam edə bilməz.

Odur ki, Azərbaycan Respubulikası Baş Prokurorluğuna, DİN-nə və DTX-nə müraciət edərək Misir Qasımlı “olayı” bəhanəsilə Ukraynanın Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirmək təşəbbüsü irəli sürənlərə, o cümlədən də buna çağırış edən informasiya resurslarına dair araşdırma aparmağı təklif edirəm”.

Ərəstun Oruclu deyir ki, Misir Qasımlının həbsi ətrafında baş verənlər (daha doğrusu, təşkil olunanlar) Azərbaycan dövlətinin daimi müttəfiqi olan Ukrayna ilə münasibətlərinə xələl gətirmək niyyəti güdürdü:

” Bütün bunların arxasında duranların kimliyi, niyyət və məqsədləri bütün çılpaqlığı ilə üzə çıxarılmalıdır.

Xüsusilə də bu işlərdə özünü qazi adlandıraraq əslində isə cinayətkar fəaliyyətlə məşğul olan, o cümlədən də Tərtər cinayətinin araşdırılmasında iştirakına görə Abid Qafarovun üzünə duranların canfəşanlığı diqqətdən yayınmamalıdır. Söhbət Ceyhun Ağayevdən və onun ərtrafında toplaşmış cinayətkar dəstədən gedir”.

Espertin sözlərinə görə, Azərbaycan Respublikasının müttəfiqləri ilə münasibətlərinə xələl gətirməyə yönələn istənilən fəaliyyət ölkəmizin milli təhlükəsizliyinə təhdid kimi qiymətləndirilməli və bu səbəbdən də ölkənin hüquq-mühafizə və təhlükəsizlik orqanları tərəfindən ətraflı şəkildə araşdırılmalıdır.




Paylaş:


Müəllif : Tarix:
26-12-2022, 11:51
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər