reklam
Regionxeberlericom.az » Cəmiyyət » "Dəfələrlə prezidentlə görüşmüşəm, heç vaxt mənə deyilməyib ki..." - Yenilənib

reklam

"Dəfələrlə prezidentlə görüşmüşəm, heç vaxt mənə deyilməyib ki..." - Yenilənib

















“Baku Steel Company” MMC (poladəritmə zavodu) Müşahidə Şurasının keçmiş sədri, iki ilə yaxındır həbsdə olan Rasim Məmmədovun məhkəməsi yekunlaşmaq üzrədir. Artıq onun məhkəməsində hökmdən öncəki son mərhələ də geridə qalıb.

RegionXəbərləricom.az Meydan TV-yə istinadla xəbər verir ki, dekabrın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində o, son sözünü deyib və hakimlər hökm çıxarmaq üçün müşavirəyə yollanıb.

Rasim Məmmədov son sözündə təqsirsiz olduğunu, heç bir cinayət törətmədiyini bildirib. O, bəraət hökmü çıxarılmasını istəyib.

Ona qarşı ittihamlar 2012-ci il yanvarın 1-dən 2021-ci ilin yanvarına qədər olan dövrü əhatə edir. Rasim Məmmədov bildirib ki, hətta o, bu müddətdə cinayət törədibsə belə, bəs Müşahidə Şurasının üzvləri hara baxırdı?

“Bizim nəsildə cinayətkar, üzəduran olmayıb. Mənə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə) maddəsilə ittiham verilib. Mən kimin malını talamışam? Öz aldığım zavodu? Talama Maşınqayırma zavodunda olub, “Leytenant Şmidt” zavodunda olub, “Azərboru”da olub… Bəzi adamlar gedib yalan məlumat veriblər ki, guya sovet dövründən qalan o zavodlar lazım deyil. Sovetdən qalan zavodlar bütün başqa dövlətlərdə işləyirdi, Azərbaycanda yox”, – Rasim Məmmədov bildirib.

O vurğulayıb ki, bəraət istəyir və bu bəraəti Azərbaycan məhkəmələrində almaq arzusundadır:

“Mən məmur deyiləm, işadamıyam, mənə bəraət lazımdır ki, işləyə bilim. Mən arsız deyiləm ki, həbs olunub, çıxım, sonra yenə həyatıma davam edim. Mən bəraət almasam, işləyə bilmərəm. Bu söhbətin heç kimə xeyri yoxdur. Mən çox istərdim ki, Azərbaycanda bəraət alım”.

Rasim Məmmədovun sözlərinə görə, həbsinin gerçək səbəbi hələ də ona məlum deyil:

“Dəfələrlə cənab prezidentlə, hörmətli Mehriban xanımla görüşmüşəm, heç vaxt mənə deyilməyib ki, bu zavod sənin deyil. Həyat bumeranqdır, kim neynirsə, başına gəlir. Bir adam mənə izah eləmir ki, bütün bunlar niyə baş verir. Belə çıxır ki, mənə dövlətə xəyanət ittihamı versəydilər, onu da araşdırmayacaqdınız. Mən heç bir cinayət eləməmişəm, ona görə bəraət istəyirəm. Son sözüm budur”.

Bundan sonra Leyla Əsgərova-Məmmədova, Rasim Sadıxov və Novruz Kərimovdan ibarət hakimlər kollegiyası müşavirəyə gedib. Hökmün nə vaxt elan olunacağı isə açıqlanmayıb.

***13:50

"Baku Steel Company"nin keçmiş rəhbəri Rasim Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Rasim Məmmədov son söz deyib.

Rasim Məmmədov son sözündə verilmiş ittihamla əlaqəsi olmadığını deyərək bəraət istəyib.

Bundan sonra məhkəmə müşavirəyə gedib.

Proses qeyri-müəyyən müddətə təxirə salınıb.

Xatırladaq ki, prokuror Rasim Məmmədova 15 il həbs cəzası istəmişdi.

Qeyd edək ki, "Baku Steel Company"nin rəhbəri olmuş Rasim Məmmədov Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həbs olunub. O, Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Cinayət işi üzrə dəymiş ziyan 185 milyon manat hesablanıb.




Paylaş:


Müəllif : Tarix:
26-12-2022, 15:07
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər