“Media Reyestrində qeydiyyatdan keçən bir çox KİV-lər ümumiyyətlə bu sahədən getmək istədiklərini bildirirlər”
Bu il media sahəsi fevral ayında prezidentin təsdiqlədiyi “Media haqqında” Qanunun qüvvəyə minməsi ilə yadda qaldı. Daha sonra bu ilin sentyabr ayında fəaliyyətə başlayan Media Reyestri də media orqanları üçün daha bir yük oldu. Bəs Media haqqında yeni qanunun və Media Reyestrinin fəaliyyətə başladığı bu il bu sahədə hansı hadisələrlə yadda qaldı?Media Hüququ qrupunun rəhbəri Xalid Ağəliyev mövzu ilə bağlı ASTNA-nın suallarını cavablandırıb.
Sual: Xalid bəy, Media haqqında qanunun işlədiyi birinci ilin sonuna çatdıq. Bu il ərzində media sahəsində hansı xüsusi əlamətdar hadisələrlə yadda qaldı?
Cavab: Yeni qanun yeni tənzimləmələri nəzərdə tutur. Bu kontekstdə xüsusi dəyişiklik kimi media, jurnalistlərin reyestrinin yaradılmaqda olmasını qeyd etmək olar, bu proses hələ davam edir. Olduqca sərt tənzimləmələr əsasında qurulan reyestrin hansı yer tutacağını indidən dəqiq söyləmək asan deyil. Amma ümumi proses media azadlığı baxımından pozitiv düşüncələrə yer qoymur. Reyestrin formalaşdırılması davam edir, proses başa çatandan sonra hansı addımların atılacağı ümumi mənzərəyə aydınlıq gətirəcək. Reyestrdə olmayanlarla dövlətin necə davranacağı, onların fəaliyyətinə gətiriləcək məhdudiyyətlərin çərçivəsini bəlli edəcək. İndilik bəlli olan odur ki, akreditasiya imkanları reyestrdə olmayanların əlindən alınacaq. Həm də tənzimləyici orqan, yəni, Media Agentliyi reyestrdə olmayanların fəaliyyətinin qanuniliyinə qiymət verilməsi üçün məhkəmələrə müraciət edəcək. Yeni qanun dolaşıq, media azadlığına müdaxilələr üçün kifayət qədər geniş imkanlar yaradan olduğundan bu addım atıla bilər. Atılacaqsa, reyestrdə olmayanların fəaliyyətinin məhdudlaşdırlmasına gediləcəksə, bu, müstəqillik dövründə media azadlığına vurulan ən ağır yara olacaq.
Sual: Bu il Media haqqında qanuna görə hansı media orqanları və ya jurnalistlər zərər gördü?
Cavab: Bu qanunun mürtəce, Avropa Şurası ölçülərinə uyğun olmayan müddəalarının hamısı eyni vaxtda tətbiq edilsəydi, bunun ağırlığını gətirmək mümkün olmazdı. Ona görə, qanun tədricən tətbiq edilməkdədir. Ümumən müstəqil media, jurnalistlər əndişəli bir gözlənti içindədilər. Nə baş verəcəyini, necə fəaliyyət göstərəcəklərini gözləyirlər. Ölkəni tərk edib xaricdən fəaliyyət göstərmək düşüncəsində olanlar da var. Bu məsələlərə reyestr tam formalaşdıqdan və ardınca atılacaq addımlar zamanı tam aydınlıq gələcək. Hazırda reyestrə daxil edilməyən jurnalistlər, medialar var. İşi bilgi toplamaq, yaymaq olan həmin media, jurnalistlər məhkəmə qapılarında qalıblar. Qanun ümumilikdə media mühitinə təsirlər göstərməkdədir, bu da tədricən bütün jurnalistlərə, medialara sirayət edəcək.
Sual: Bu il Media Reyestri də fəaliyyətə başladı. Media Reyestrinin fəaliyyətinin hansı nəticələri oldu?
Cavab: Azərbaycan media mühitinin başlıca problemləri media, jurnalistika ilə bağlı qanunların qabaqcıl standartlara uyğun olmaması, jurnalistləri senzuraya zorlayan tənzimləmələrin mövcudluğu, medianın xeyrinə olan qanunların ümumiyyətlə işləməməsi, medianın maliyyə müstəqilliyini qarantiya altına alan reklam bazarının mövcud olmamasıdır. Media reyestri, yeni qanun kontekstində bu problemlərin heç biri aradan qaldırılmayıb. Yenə də defamasiyaya görə cinayət məsuliyyəti var, həm də bu qanunlar daha sıx işləməyə başlayıb. Media maliyyə baxımından tam olaraq, hökumətin kontrolu altına keçib. Reklam bazarı müstəqil media, jurnalistlər üçün mövcud deyil, bu vəsaitlər hökumətin nəzarətində olan medialara yönəlib. Ümumilikdə hər hansı pozitiv nəticələrdən danışmaq çətindir.
Sual: Media Reyestrinin gətirdiyi qaydalar media orqanlarına necə təsir edib? Qeydiyyatdan keçmiş media orqanlarının hansısa problemləri varmı? Yoxsa, onlar üçün yaşıl işıq yanıb?
Cavab: Agentlik reyestrə daxil edilən, imtina cavabı verilən medialar, jurnalistlər haqda məlumatları açıq tutmur. Cəmiyyət hansı medianın reyestrə daxil edildiyini, kimə imtina cavabı verildiyini görməli, bilməlidir. Ancaq bu ictimai tələbat qarşılanmır. Reyestrə daxil edilən medialar maliyyə baxımından hökumətdən asılıdılar, onlar da bu mövzuda o qədər açıq danışmağa həvəsli deyillər. Ancaq narazılıqlar var, bəzən bizimlə söhbətlərinə bunu açıq ifadə edirlər. Media Agentliyi onlayn medialara maliyyə yardımı edir. Aylıq yardım təxminən, 3 min manat təşkil edir. Yeni qanunvericilik hər medianın üzərinə hər ay azı 400 xəbər, məqalə yaratmaq öhdəliyi qoyur. Bu, çox ağır və mənasız yükdür. Hər ay 3 min manat yardım alan medialar bundan ciddi narazıdır. Onlar haqlı olaraq deyir ki, hər ay 400 material yaratmaq çox nəhəng işdir. Bu işin öhdəsindən gəlmək üçün azı 5-6 nəfərlik jurnalist kollektivi çalışmalıdır. 3 min manata belə kollektiv toplamaq, onun qayğılarını qarşılamaq heç bir halda mümkün deyil. Tanıdığım bir neçə redaktor ümumiyyətlə mediadan çəkilmək istədiklərini ifadə ediblər. İndilik belə problemlər nəzərə çarpmaqdadır. Həm də nəzərə almaq lazımdır ki, belə narazı olan medialar davamlı hökumətin nəzarətində olmuş medialardır.
Sual: Venesiya Komissiyasının qanun ilə bağlı mənfi rəy vermişdi. Buna baxmayaraq qanun qüvvədən düşmədi və fəaliyyətə başladı. Belə olduğu halda qanunun dəyişdirilməsi üçün hansı tələblər ola bilər?
Cavab: Venesiya Komissiyasının mənfi rəyinin işığında yeni qanun məncə, hökuməti hər zaman düşündürür. Rəy verildi, əməl edilmədi, bitdi, formasında yanaşmaq düzgün deyil. Rəy verilibsə, onu nəzərə almaq, Avropa Şurasına üzv olan hər bir ölkənin öhdəliyidir, üzvsənsə, əsas qanunların Şuranın standartlarına uyğun olmalıdır. Standartlara uyğunlaşmayacaqsansa, bu, yekunda Şuraya üzvlük məsələsinin gündəmə gəlməsinə qədər gedib çıxa bilər. Həm də bir neçə gün əvvəl Avropa Şurası Nazirlər Komitəsi Media qanunu ilə bağlı növbəti qətnaməsini elan etdi. Həmin sənəddə açıq yazılıb ki, Azərbaycan Media haqqında qanunu dəyişdirməli, onu Şuranın standartlarına uyğunlaşdırmalıdır. Hazırda qlobal siyasi mühit, şərtlər belə sənədlərin icrasını xeyli yubadır.
Sual: Əgər qanun dəyişdirilməsə medianı, hakimiyyəti və cəmiyyəti nə gözləyir?
Cavab: Mən o ehtimalı təsəvvür etmək istəmirəm, gec-tez bu qanun dəyişdiriləcək. Media, jurnalistika tənzimləmənin 100 yolu yoxdur. Ya qabaqcıl, firavan ölkələrin, bizim də daxil olduğumuz Avropa Şurasının yolunu getməlisiniz, ya da Çin, Rusiya, İranın yolunu. Bu müqayisədə hər şey aydın görünü
Paylaş:
Müəllif : Fuad
Tarix:26-12-2022, 20:31
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər