Keçmiş məcburi köçkünlər üçün tikilmiş mənzillər satışa çıxarılır - Video
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 23 yanvar 2023-ci il, saat 10:00-da Bakının Ramana, Ümid, Kürdəxanı qəsəbələrində, Abşeron və Samux rayonlarında keçmiş məcburi köçkünlər üçün tikilmiş binalardakı mənzillərin onlayn satışına başlayacaq.
RegionXəbərləricom.az "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, Ramana qəsəbəsi yeni yaşayış kompleksində 18 binadan 147, Ümid qəsəbəsi yaşayış kompleksində 3 binadan 89,
Kürdəxanı qəsəbəsi yeni yaşayış kompleksində 9 binadan 72, Abşeron rayonu yeni yaşayış kompleksində 54 binadan 1338 və Samux yeni yaşayış kompleksində isə 3 binadan 16 mənzil satışa çıxarılacaq. Vətəndaşlar müvafiq portala (ms.sosial.gov.az) daxil olaraq mənzillərlə tanış ola bilər. Satış başlandığı andan mənzili portalda seçən ilk şəxs onu almaq hüququ qazanacaq. Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov bildirib ki, satışa çıxarılan mənzilləri ipoteka yolu ilə də əldə etmək olar. Satış prosesi 2023-cü il iyulun 1-dək davam edəcək. Satışdan əldə olunan vəsait ölkəmizin digər bölgələrində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlə təminatına yönəldiləcək.
Daha ətraflı videomaterialı təqdim edirik:
Paylaş:
Müəllif : Fuad
Tarix:28-12-2022, 00:05
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər