reklam
Regionxeberlericom.az » Cəmiyyət » "Alzheimerin müalicə üsulunu tapdıq" - ABŞ alimləri

reklam

"Alzheimerin müalicə üsulunu tapdıq" - ABŞ alimləri













Vaşinqton Universitetinin Tibb fakültəsinin alimləri Alzheimer xəstəliyinin müalicə üsulunu tapıblar.

Bu barədə PNAS jurnalında məqalə dərc olunub. İşin nəticələrinə görə, amiloid lövhələrini azaltmaq və idrak qabiliyyətlərini qorumaq üçün tau proteininin məhvini hədəfləmək lazımdır.

Alzheimer xəstəliyində strukturlara yapışan tau zülalı ilə problemlər yaranır. Bu da beyin hüceyrələrinin fəaliyyət qabiliyyətini zəiflədir və nəticədə hüceyrə ölümünə səbəb olur.

Müəlliflər hesab edirlər ki, tau zülalının düzgün işləməməsinə qarşı mübarizə beynin funksiyasını qoruyub saxlamağa kömək edəcək. 

Bu zülalları müəyyən etmək üçün alimlər “Caenorhabditis elegans” adlı genetik cəhətdən dəyişdirilmiş torpaq qurdu ilə bir sıra təcrübələr apardı. Qurda tau proteininin yığılmasını artıran insan geni yeridilib. Nəticə müsbət olub.

Tədqiqatçılar bildiriblər ki, bu zülalın təsirini maneə törədən dərmanlar hazırlamaqla Alzheimerin müalicəsi mümkündür.

Bu barədə yaxın vaxtlarda açıqlamalar veriləcək.




Paylaş:


Müəllif : Tarix:
28-12-2022, 23:06
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər