Bazarda ucuz toyuq riski: - Kimə sərfəlidir?
“Son zamanlar ölkəmizin damazlıq yumurta və ətlik istiqamətli 1 günlük cücə istehsalçıları üçün çox böyük risklər yaranıb”.
Bu məlumatı Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası yayıb. Burada qeyd edilir ki, yumurta idxalına tətbiq olunan əlavə rüsumlar MDB ölkələrindən idxala şamil olunmur. Bu məqamdan yararlanan bir sıra şəxslər son aylarda Azərbaycana əsasən Türkiyədən olmaqla, lakin Gürcüstan məhsulu adı ilə böyük həcmdə ucuz damazlıq yumurta idxal edirlər. Bundan əlavə, ölkəmizə yenə də Gürcüstan məhsulu adı altında külli miqdarda ətlik istiqamətli 1 günlük cücələr (çəkisi 180 qrama qədər olanlar) idxal olunmağa başlayıb. Assosiasiya Azərbaycanın müvafiq dövlət qurumlarına ölkəyə Gürcüstan üzərindən damazlıq yumurta və ətlik istiqamətli 1 günlük cücə idxalının qarşısının alınması üçün müraciət edib:
“İnanırıq ki, Azərbaycan dövləti yerli istehsalçıları qeyri-sağlam rəqabətdən qorumaq, ölkənin ərzaq təhlükəsizliyini təmin etmək üçün zəruri addımları atacaq".
Qeyd edək ki, xaricdən yumurta, toyuq idxalı yerli təsərrüfatları sıxışdırır, yerli məhsulların azalmasına gətirib çıxarır. Digər tərəfdən, rəqabət mühitinin qiymətlərdə dəyişikliyə gətirib çıxaracağı ilə bağlı fikirlər də səslənir.
Bu gün ətin baha olması ilə bağlı istehlakçılar quş ətinə daha çox üstünlük verirlər. Xaricdən idxala qadağa qoyularsa, bu, qiymət artımına gətirib çıxaracaqmı?
Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının (APEPEA) rəhbəri Mürvət Həsənli Cebhe.info-ya açıqlamasında bildirdi ki, həm yumurtaya, həm də ətə rüsum tətbiq olunandan sonra Gürcüstan tərəfi bazarda müsbət rol oynamır:
“Belə ki, bizim işbazlar Braziliyadan, Argentinadan toyuq ətini gətirir və Gürcüstan üzərindən bizim bazara ixrac edirlər. Gürcüstanla bizim aramızda gömrük rüsumu yoxdur. Biz Gürcüstana yumurta, yaxud quş əti satmaq istəsək, o zaman onlar etiraz edəcəklər ki, olmaz, biz Avropa standartına uyğunlaşırıq və s. Məsələn, bizim südçülər orada süd satmaq istəyirdi. Dedilər ki, biz Avropa standartına uyğunlaşmışıq, ona görə ala bilmərik. Yay aylarında yerli süfrə yumurtasının 360 ədədi 34 manat olanda, Gürcüstanda 64 manat idi. Biz o zaman istədik ki, Gürcüstana yumurta sataq, imkan vermədilər, problemlər yaratdılar. Mən hər zaman tərəfdarıyam ki, bu sahədə hər zaman ölkəmizin qanunlarına hörmət edək, Gürcüstan üzərindən alınan məhsullarda da müvafiq orqanlar gedib yerində yoxlama keçirsinlər. Onlar başqa mənşəli yumurtanı yerli yumurta kimi satmağa çalışırlar. Türkiyənin “Hastavuk” firmasının yumurtasını gətirib Gürcüstanda inkubatorda çıxarıb cücə kimi Azərbaycanda satmağa başlayırlar. Bu, bizim bazarı demək olar ki, təhdid edir. Cücənin maya dəyərindən çox ucuz qiymətə satırlar.
Bazarda cücə və yumurta satışında problemlər yaranıb. Hazırda damazlıq yumurta maya dəyərindən də iki dəfə aşağı qiymətə satılır, istehsal dayanır. Gürcüstanda “LTD Sabudara” firması var, yerli istehsalı cəmi 5-6 milyon yumurtadır, ancaq böyük miqdarda Azərbaycana mal satır. Bundan əlavə, Gürcüstan 2022-ci ildə cəmi 218 min cücə alıb. Gürcüstanın toyuq ətinə illik tələbatı 60 min tonun üzərindədir. Ən yaxşı halda 218 min damazlıq cücədən aldığı ətdən 36 min ton ət istehsal edə bilər. Öz tələbatlarını ödəmirlər, ilin sonunda Azərbaycana 15 milyon yumurta satıblar. Həm “Sabudara”, həm “Hastavuk”, həm də Gürcüstanın digər firmaları saxtakarlıqla məşğul olub”.
İdxalın rəqabət yaratmasına gəldikdə isə M.Həsənli deyir ki, məsələn, Belarusdan gətirilən toyuqlar 2-ci sort toyuqlardır:
“Bu toyuqlar Afrika ölkələrinə göndərilir. Bir müddət öncə də bizim işbazlar gətirirdi. Bu toyuqlar yumurtadan kəsilmiş, ət istehlakına zidd olan məhsullardır. Biz Belarusdan ətlik istiqamətli məhsul gətiriləndə etiraz edə bilmərik. Burada problem yoxdur. Ancaq toyuğun üzərində yazılır ki, saxlama müddəti 4 aydır, 2-ci sortdur, bizim işbazlar alıb gətirirlər, saxlama müddəti 4 aydan çox çəkir və 7-8 ay ərzində bu müddəti keçir. Bununla mübarizə aparırdıq. Bu gün xaricdən gələn yumurta olmasa belə, bazarı 100 faiz yumurta ilə təmin edirik. Sentyabrda bir kiloqram toyuq ətinin qiyməti 5 manat idisə, hazırda 4,5 manat civarındadır. Süfrə yumurtası sentyabr ayından indiyədək 1 qəpik belə bahalaşmayıb. Hətta keçən ilin müvafiq dövrünə nisbətən 2-3 qəpik ucuzdur. Əksinə, bizim bazarda həm ətçilik, həm də yumurtaçılıqda ciddi şəkildə rəqabət var. Bu rəqabət ona gətirib çıxarır ki, bazarda süni şəkildə qiymət artımı ola bilməz. Ona görə ki, hər kəs istehsal etdiyi məsulu bazara çıxarır ki, satsın. Bütün firmalar bazara məhsul çıxaranda bu da qiymətin aşağı düşməsinə xidmət edir”.
İqtisadçı-ekspert Akif Nəsirli bildirdi ki, idxal məhsulu bəzi halllarda yerli məhsulla rəqabət aparır və hətta yerli məhsulu üstələyir:
“Yəni bir qədər ucuz olur və daha önə çıxır. Ancaq bu məsələ bir tərəfdən alıcıların, əhalinin xeyrinədirsə, perspektivdə iqtisadiyyatın zərərinədir. Hökumət çalışmalıdır ki, rəqabət mühiti xarici məhsulla yerli məhsul arasında olmasın, yerli istehsalçılar, yerli məhsullar arasında olsun. Bu istiqamətdə hökumətin hesablamaları olmalıdır. Dünya təcrübəsində yerli məhsulları üstələyən xarici məhsullara bir çox hallarda qadağalar qoyulur. Hətta bu, yerli bazarın müdafiəsi üçün iqtisadi alətlərdən biridir. Məsələn, kvota, embarqo qoyulur. Yerli sahibkarın müdafiə edilməsi üçün gömrükdə müəyyən məhsullara embarqo, kvota qoyulması normal haldır. Ancaq Azərbaycan iqtisadiyyatı “şikəst iqtisadiyyat” olduğuna görə bazarda yerli istehsalçılar arasında rəqabət mühitinin olmaması üçün artıq bu məsələ problemlər yaradır. Yerli məhsul bir əldə cəmləşdiyi üçün qiymətləri qaldırır, inhisarçı bazara qiymət diqtə edir. Ancaq xarici məhsul ondan ucuz başa gəlir.
Xarici məhsulun ölkədə piştaxtaya ucuz gəlməsinin səbəbi ölkədə inhisarçılığın olması, qiymətin diqtə edilməsidir. Azərbaycan hökuməti ölkə iqtisadiyyatını, daxili bazarı qorumağa borcludur. Hazırda quş əti ilə bağlı müraciətdə hökumət həssas olmalıdır. Hesablamalıdır ki, doğurdanmı, Türkiyədən gələn məhsul Azərbaycanda istehsalı məhdudlaşdıran səviyyədədir, yoxsa sahibkarlar sadəcə yerli məhsullarla rəqabət mühiti yaratdıqlarına görə müraciət edirlər? Bunu aydınlaşdırmaq lazımdır ki, onlar mənfəətlərinə görə, yoxsa doğrudan da yerli istehsalın məhdudlaşmasının qarşısını almaq üçün narahatdırlar? Bunu aydınlaşdıranda hökumətin siyasətini yönəldən qurumlar, DGK belə bir məhdudlaşdırma ilə bağlı addımlar atmalıdır. Ancaq ilk olaraq şəraiti dəyərləndirməliyik”.
Paylaş:
Müəllif : Fuad
Tarix:29-12-2022, 18:29
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər