reklam
Regionxeberlericom.az » Cəmiyyət » Naxçıvan sakinləri yeni daxili işlər nazirindən narazıdır: “Bütün ümidlərimiz puç oldu”

reklam

Naxçıvan sakinləri yeni daxili işlər nazirindən narazıdır: “Bütün ümidlərimiz puç oldu”



















Naxçıvanın yeni daxili işlər naziri Süleyman Neymətovun qəbulunda olan şikayətçilər, onun davranışlarından narazı olduqlarını dilə gətiriblər.

Bu barədə "Gündəlik Naxçıvan"a dekabrın 31-də qəbulda olan sakinlərin özləri məlumat verib. Şikayətçilər deyir ki, yeni nazir onlarla nəzakətsiz və kobud davranıb, qaldırılan problemlərin həll edilib-edilməyəcəyi ilə bağlı isə konkret danışmayıb. Onlar deyir ki, qəbulda əsasən müxtəlif vaxtlarda baş vermiş polis zorakılığı, şöbələrdə psixoloji və fiziki təzyiq, rüşvət və digər hallar ilə bağlı olub.

Babək rayon sakini N. Həsənov (ad şərtidir) deyir ki, qəbula düşmək üçün, bir neçə dəfə nazirliyə getməli olub:

"Cümə axşamı dedilər ki, qəbul şənbə günü olacaq. Sevincək getdim ki, dərdimi danışım. 16 nəfəri eyni anda qəbul etdi. Ancaq özünü təriflədi, şikayətçilərə danışmaq üçün yaxşı imkan yaratmadı. Çox kobud, nəzakətsiz və aqressiv davranırdı. Əvvəlki nazirlərdən də betər. Köhnələr yeni nazirdən daha mədəni idilər. Belə görürük ki, Naxçıvandakı dəyişikliyin sadə camaata heç bir müsbət təsiri olmayacaq. Sadəcə, əl dəyişdi".

Adının çəkilməsini istəməyən digər şikayətçi də qəbuldan narazı çıxdığını deyir:

"Mənim şikayətim polisdəki rüşvətlə bağlı idi. Sözümüzü axıra kimi çatdırmağa imkan vermirdi. Bizi heç, normal dinləmək də istəmirdi. Yeni dəyişikliklərlə bağlı bütün ümidlərimiz puç oldu. Heç, demədi ki, problem həll olacaq ya yox. Görünür rüşvət bunların həssas yeridi. Həll olunmasını istəmirlər"

Məsələ ilə bağlı Naxçıvan DİN açıqlama verməyib.




Paylaş:


Müəllif : Tarix:
2-01-2023, 12:11
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər