reklam
Regionxeberlericom.az » Cəmiyyət » Məşhur müğənninin vətəndaşlıqdan çıxarılması tələb olunur

reklam

Məşhur müğənninin vətəndaşlıqdan çıxarılması tələb olunur
















Gürcü əsilli Rusiya müğənnisi Valeri Miladzenin Rusiya vətəndaşlığından çıxarılması müzakirə olunur.

Rusiya mətbuatI xəbər verir ki, bu barədə Dövlət Dumasının bir sıra deputatları təkliflə çıxış ediblər.

Onun həm də Rusiya qanunvericiliyində nəzərdə tutulmuş qaydada "xarici agent" elan olunması tələb edilir.

Belə ki, Valeri Miladzenin iştirakı ilə BƏƏ-nin Dubay şəhərində keçirilən korporativ ziyafət zamanı "Slava Ukrayine!" şüarı səsləndirilib və müğənni buna cavab olaraq "Qeroyam slava!" qışqırıb. Deputatlar buna görə Miladzenin ölkə vətəndaşlığından məhrum edilməli olduğunu bəyan ediblər.

Qeyd edək ki, bu ifadələr Ukrayna hərbçilərinin şərəfinə səsləndirilən şüarlardır və dilimizə tərcümədə "Yaşasın Ukrayna" və "Qəhrəmanlara eşq olsun" kimi səslənir.




Paylaş:


Müəllif : Tarix:
3-01-2023, 13:28
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər