“27 İLDİR QARDAŞIMIN QATİLİ TAPILMIR” - “Bu cinayətdə vəzifəli şəxslərin əli var”
Naxçıvan şəhəri, Qaraxanbəyli kənd sakini Cəfərov Rövnət Məmməd oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub.
DİA.AZ-ın məlumatına görə, şikayətçi deyir ki, qardaşı Cəfərov Benyamin Məmməd oğlu 27 il əvvəl qəsdən öldürülüb və vəzifəli şəxslər indiyədək bu qətlin üstünün açılmasına imkan vermirlər:

“Mən, Cəfərov Rövnət Məmməd oğlu, yazıb sizə bildirirəm ki, qardaşım Cəfərov Benyamin Məmməd oğlununun cinayət işində hansısa vəzifəli şəxslərin əli var. Çünki 27 ildir qardaşımın qatili tapılmır.
Qardaşım Benyamin 1996-cı ilin mart ayının 22-də oğurlanıb. 15 gün sonra - aprelin 5-də onun meyiti Araz çayında tapıldı. Qardaşım “Avtomat” adlanan hərbi hissədə gizir işləyirdi. Həmçinin, o vaxtlar Bakıdan Naxçıvana yanacaq daşıyan maşın karvanının rəisi idi. Birdən-birə kim, niyə bu cinayəti törətdi, bilmirik. Sizdən xahişim odur ki, bu məsələni işıqlandırın, bəlkə 27 il sonra bu cinayət işi yenidən araşdırıla”.
Paylaş:
Müəllif : Yazar
Tarix:3-01-2023, 15:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

İşəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB