"Kontakt Home"dan biabırçı bayram kampaniyası: ÖZ İŞÇİLƏRİNİ BELƏ ƏLƏ SALDILAR
7NEWS.az xəbər verir ki, bu barədə jurnalist Sevinc Paşayeva məlumat verib: "Deyirlər, Kontakt Home bayramla əlaqədar işçilərinə 50 manat pul mükafatı təyin edib. Amma əlbəəl yox. Hərəyə bir yaşıl rəngli "Sevindirən kart" paylayıb, pulu da köçürüb içinə. İndi işçilər ha əlləşir-vuruşur, kartdan pulu çıxara bilmir. Səbəb də odur ki, həmin "green card"la elə şirkətin öz mağazalarından mütləq nəsə almalıdırlar. Yəni verdiyim pulu təzədən elə özümə qaytar prinsipi... İndi işçilər düşüb tanış-bilişin canına ki, bəlkə kiminsə Kontaktdan 50 manatlıq avadanlıq almaq fikri ola, alışı bu kartla edə, sonra da öz aralarında nağdlaşdıralar. Nə isə ki, əməllicə zibilə düşüblər: yumşaq desək, şirkətin marketinq zibilinə..."
Paylaş:
Müəllif : Fuad
Tarix:4-01-2023, 09:28
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:4-01-2023, 09:28
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 12:01
Dünən, 12:52
Dünən, 12:39

İşəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB