reklam
Regionxeberlericom.az » Cəmiyyət » Füzuli Pənahov Zəngilanda aldığı 65 min manatı qaytarmaq istəmir...

reklam

Füzuli Pənahov Zəngilanda aldığı 65 min manatı qaytarmaq istəmir...









Sözün düzü, səbrimizi  basıb Məhkəmə-Hüquq Şurasının 2 il öncə, daha dəqiq desək 22 sentyabr 2020-ci il  tarixdə  Sabirabad rayon məhkəməsinin sədri Füzuli Pənahovla bağlı   qərarını sonadək oxumalı olduq. Təsəvvür edirsiniz, Ədliyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun sədrliyi, hakim T. Mahmudovun məruzəsi, S.Hüseynovun katibliyi ilə  Sabirabad rayon məhkəməsinin sədri  Füzuli Pənahov haqqında intizam icraatı üzrə işə baxaraq müəyyən edib. Sabirabad Rayon Məhkəməsinin sədri Füzuli Pənahov xidməti vəzifələrinin icrasına laqeyd münasibət bəsləyərək məhkəmədə işin təşkilinə və məhkəmə aparatının işinə rəhbərliyi lazımi səviyyədə həyata keçirməmiş, icra və  əmək intizamına əməl edilməsini təmin etməmiş və çoxsaylı qanun pozuntularına yol vermişdir. Müəyyən edilmişdir ki, məhkəmədə ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsiplərinin və şərtlərinin pozulması, həmçinin süründürməçilik hallarına yol verilməsi bir çox hallarda prosessual qanunvericiliyin tələblərinin kobud pozulmasına səbəb olmuşdur. Rayon məhkəməsində seçmə üsulu ilə öyrənilmiş 156 iş və material üzrə 300-dən çox qanun pozuntusu aşkar edilmişdir. 

Təsəvvür edirsiniz, 300-dən çox qanun pozuntusu. Bu hələ harasıdır? MPM-in 227.3-cü maddəsinə əsasən məhkəmənin qətnaməsi işdə iştirak edən şəxslərə tərtib edildikdən sonra 3 gün ərzində rəsmi qaydada verilməlidir. Qanunun bu tələbinə baxmayaraq hakim F.Pənahov qətnamələri tərəflərə  1ay, bəzən 2 ay sonra verirmiş, hətta boşanmaq istəyənlərdən qətnaməni vermək üçün pul alırmış. Nə isə uzun-uzadı  MHŞ-nın qərarındakı detallara varmaq istəmirik. Bəli, sonra qərar belə olub: Sabirabad Rayon Məhkəməsinin sədri Pənahov Füzuli Novruzəli oğlu intizam məsuliyyətinə cəlb edilməklə ona töhmət elan edilsin. 

Doğrudan da dəhşətdir ee...300 qanun pozuntusu və töhmət. Adam az qalır desin ki, hakim olmaq üçün içdiyin AND sənə qənim olsun, Pənahov. Nə isə indi gəlin görək, Pənahovun keçmişi kim, nəçi olub. 

Məlumat üçün qeyd edək ki, Füzuli Pənahov 1990 – 2000-di illərdə  Zəngilan Rayon Məhkəməsinin hakimi, 2000 – 2007-ci illərdə Astara Rayon Məhkəməsinin sədri, 2007 – 2017-ci illərdə Quba Rayon Məhkəməsinin sədri olub, hazırda Sabirabad Rayon Məhkəməsinin sədridir. Füzuli  Pənahov hakim kimi ilk  “siftə”sini Zəngilanda on bir nəfərdən, hər birindən 65 min manat alaraq  həbsdən buraxmağa söz verib...beləcə  “rüşvətxorluq”  fəaliyyətinə başlayıb. Və neçə ildir o pulu geri qaytarmaq istəmir. Füzuli Pənahov Qubada məhkəmə sədri işləyərkən elə bir səhvə-cinayətə yol verib ki, heç savadsız kənd mollası da belə etməzdi. 

Təsəvvür edirsiniz, torpaq-mülkiyyət çəkişməsində adı keçən şəxslərdən biri  4 aydır əsgərlikdə, həqiqi hərbi xidmətdə  olduğu halda hakim onun guya məhkəmə prosesində olduğunu məhkəmə sənədlərində qeyd edib. Bunun üstü açılanda Füzuli Pənahov nə desə yaxşıdır: Olub də, texniki səhvdir. İnsanların mülkiyyətlə bağlı TALEHİ həll olunan vaxtda, doğrudanmı, hakim texniki səhvə yol verib, yoxsa, külli miqdarda rüşvət alıb ? 

Füzuli Pənahov  Qubada məhkəmə sədri olduğu vaxt 9 yaşlı uşağın başına açılan oyunlar, işgəncələr az qala ölkəni silkələmişdi. Xeyli sayda deputat, Qadın-Ailə-Uşaq  komitəsi sərt şəkildə məhkəməyə etirazını bildirmişdi. Füzuli Pənahovun yığdığı rüşvət onu o dərəcədə....o hər yerdə deyir ki, Ali Məhkəmənin sədri Ramiz Rzayevin yaşı 70-i keçib, mən niyə getməliyəmki?

Bu adam özünü gah zəngilanlı, gah da saatlılı, gah sabirabadlı, gah lökbatanlı kimi qələmə verir. Buna başa salan yoxdur ki, yerini-yurdunu danma. Əldə etdiyimiz məlumatlara görə, Füzuli Pənahov hal-hazırda Zəngilanlıdır, çünki Sabirabadlı olaraq, Sabirabadın məhkəmə sədri olmaq olmaz. Görün saxtakarlıq hansı həddə çatıb. Biz eşitdiyimizi yazmışıq, səhvdirsə Füzuli Pənahov desin ki, səhvdir. 

P.S. Növbəti sayımızda Füzuli müəllimin şəxsiyyət vəsiqəsi ilə bağlı müəmmalı məsələlərə toxunaçağıq.




Paylaş:


Müəllif : Tarix:
5-01-2023, 08:50
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər