Hava kəskin dəyişəcək - 15 dərəcə şaxta olacaq
Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən mülayim, isti hava şəraitindən sonra yanvarın 8-dən başlayaraq havanın dəyişəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.
Bu barədə “Qafqazinfo”ya Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
O qeyd edib ki, şimal-şərq küləyi ayın 7-si axşamdan 8-i gündüzədək yarımadanın bəzi yerlərində arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 10-12 dərəcə enərək, yanvarın 10-11-də gecə 2 dərəcəyədək şaxta, gündüz 0 dərəcəyə yaxın olacaq: “Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq yanvarın 7-si axşamdan ayın 12-dək ölkə ərazisində havanın dəyişəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensivləşəcəyi gözlənilir”.
G.Məmmədova qeyd edib ki, qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 10-12 dərəcə enərək, gecə 0-5 dərəcə şaxta, gündüz 4 dərəcəyədək isti, dağlıq rayonlarda isə gecə 10-15, gündüz 5-8 dərəcə şaxta olacaq. Gözlənilən yağıntılı və şaxtalı hava şəraiti ilə əlaqədar yolların buz bağlama ehtimalı var.
Qeyd edək ki, artıq qonşu ölkələrdə də havanın kəskin dəyişməsi, şiddətli şaxtalarla bağlı əhaliyə xəbərdarlıq olunub. Məsələn, Rusiyanın paytaxtı Moskvada yanvarın 6-dan 10-na qədər mənfi 29 dərəcəyə qədər şaxta gözlənilir. Bu, Moskvada son 23 ilin, yəni bu əsrin ən soyuq 5 günü olacaq.
Həmçinin Türkiyədə də son 16 ilin ən güclü qarı yağacaq. Bugündən etibarən bir çox bölgələrdə qarlı hava müşahidə olunur. Sabahdan isə daha şiddətli şaxtaların olacağı gözlənilir.
Paylaş:
Müəllif : Yazar
Tarix:5-01-2023, 12:57
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər