MEDİA-nın REYESTR HOQQABAZLIĞI... - BELƏ HARA QƏDƏR GEDƏCƏYİK?..
"24saat.org” saytı Medianın İnkişafı Agentliyini məhkəməyə verib.
Buna səbəb isə saytın media reyestrinə daxil olmaqla bağlı müraciətinə qurumdan "yox” cavabı verilməsidir.
Medianın İnkişafı Agentliyi "24saat.org” MMC-ni media reyestrinə daxil etməkdən imtina edib.
İmtina məktubunda buna əsas olaraq, göstərib ki, saytın fəaliyyəti davamlı deyil.
Agentlik hər saytdan onlayn media resursuna hər gün azı 20 özəl xəbər yerləşdirməyi tələb edir.
İddia olunur ki, "24saat.org” saytı bu tələbə cavab vermir.
Medianın İnkişafı Agentliyinin rədd cavabından sonra onlayn media resursunun rəhbəri bu qurumu məhkəməyə vermək qərarına gəlib.
Agentliyə qarşı qaldırılmış iddiaya Bakı İnzibati Məhkəməsində baxılacaq.
Meydan TV-nin əldə etdiyi məlumata görə, bu məsələni araşdırmaq hakim Aysev Almazovaya həvalə olunub.
Məhkəmənin hazırlıq iclası yanvarın 9-da saat 12.30-da keçiriləcək. Bu, media reyestri ilə bağlı Azərbaycanda ilk məhkəmə iclası olacaq.
Sayt məhkəmə qarşısında həmin qərarın qanunsuzluğu – qanunvericiliyin aydın, Konstitusiyaya və beynəlxalq müqavilələrə uyğunsuz olması, imtina qərarının əsaslandırılmaması məsələlərini qaldırıb, agentliyin üzərinə saytın reyestrə daxil edilməsi vəzifəsinin qoyulmasını, ifadə azadlığı hüququnun pozuntusunun tanınmasını xahiş edib.
Media hüququ üzrə ekspert Xalid Ağəliyev deyir ki, reyestrə daxil edilməsi üçün müraciət edən, lakin imtina cavabı alan, məhkəmələrə üz tutan başqa media orqanları, jurnalistlər də var:
"Bu durumda doğru addım o olardı ki, Media Agentliyi reyestrə qoşulmaq niyyətini ifadə edənlərin hamısını Konstitusiyanın tələblərinə hörmətlə avtomatik olaraq, reyestrə daxil etsin. Ardınca, onların qüvvədə olan qanuna necə əməl etmələrinə nəzarət etsin, qanunu tətbiq etsin. Amma ən doğru yol əlbəttə ki, media haqqında mürtəce qanunvericiliyin dəyişdirilməsidir. Redaksiya siyasətinə çərçivə cızan, jurnalistə neçə, necə xəbər yazmaq, yaymaq öhdəliyi qoyan, jurnalist işi ilə məşğul olanlar arasında ayrı-seçkilik yaradan qanun, Avropa Şurası Nazirlər Komitəsinin ötən ay qəbul etdiyi qətnamədə yazıldığı kimi "dəyişdirilməli və tam şəkildə Avropa Şurası standartlarına uyğunlaşdırılması üçün tədbirlər görülməlidir”. //Meydan TV//
Paylaş:
Müəllif : Fuad
Tarix:6-01-2023, 10:38
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər